Afina Ərdoğanı gözləyir
Dünya xəbərləri

Afina Ərdoğanı gözləyir

Yunanıstanın paytaxtında bütün diqqətlər, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana  Afinaya edəcəyi səfərə yönəlib.

“Respublika” Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Cümhurbaşqanı  Ərdoğan cümə axşamı Afinaya səfər edəcək. Bildirilib ki, əvvəlki səfərlərlə müqayisədə bu ziyarət daha müsbət təsir bağışlayacaq. Səfər çərçivəsində iki ölkə arasında bir sıra əməkdaşlıq sazişlərinin imzalanması da gözlənilir.

Musa Bağırlı,

“Respublika”.