ABŞ-də yanğın söndürən helikopterlər toqquşub
Dünya xəbərləri

ABŞ-də yanğın söndürən helikopterlər toqquşub

ABŞ-nin Kaliforniya ştatında iki yanğınsöndürən helikopter toqquşub.

"Respublika" xəbər verir ki, bu barədə Kaliforniyanın Yanğından Mühafizə Xidmətinin cənub bölgəsi üzrə rəisi David Fulçer mətbuat konfransında məlumat verib.

"Birinci helikopter yaxınlıqda təhlükəsiz eniş edə bilib. Əfsuslar olsun ki, ikinci helikopter qəzaya uğrayıb və içərisindəki hər 3 əməkdaş faciəvi şəkildə həlak olub" - o, qeyd edib.

Onun sözlərinə görə, həlak olanlar pilot, Yanğından Mühafizə Xidmətinin şöbə rəisi və kapitanı olub.

Tacir SADIQOV,

'Respublika".