Zülmün ağır nəticələri: Boneyr mədəniyyətinin məhvi
Siyasət

Zülmün ağır nəticələri: Boneyr mədəniyyətinin məhvi

Fransanın müstəmləkə siyasəti tarixin ən qaranlıq səhifələrindən biri hesab olunur. Özünü "demokratiyanın beşiyi" kimi qələmə verən bir ölkənin uzaq diyarlarda azsaylı xalqlara qarşı davamlı zülm, haqsızlıq etməsi dərin humanitar fəlakət kimi qiymətləndirilir. Ümumiyyətlə, rəsmi Parisin müstəmləkə siyasətinin əsas məqsədi iqtisadi mənfəət əldə etməkdir. Fransa müstəmləkə altında saxladığı ərazilərdə yerli əhalini məcburi əməyə cəlb etməklə yanaşı, onların təbii resurslarını da zorla əlindən alır. Məsələn, Afrikada və Asiyada yerləşən müstəmləkələrdə qızıl, almaz, neft və digər qiymətli resurslar nəinki istismar edilir, hətta bu sərvətlər rəsmi Parisin sənaye inqilabını "qidalandırır". Bu isə yerli əhalinin yoxsulluq və səfalət içində yaşamasına səbəb olur, iqtisadiyyatın iflic duruma düşməsinə gətirib çıxarır. Digər bir pis nümunə Fransanın Qərbi Afrikada kakao və qəhvə tarlalarında işlətdiyi yerli işçilər ağır əmək şəraitində və çox az maaşla istismar edilir. Bu istismar Fransanın qlobal bazardakı rəqabət gücünü artırsa da, yerli əhalinin iqtisadi gələcəyini və həyat şəraitlərini məhv edir. Nəticədə Fransanın müstəmləkə siyasəti öz iqtisadiyyatının çiçəklənməsinə səbəb olduğu halda digər xalqların gələcəyini təhlükə altında qoyur.

Fransanın neokolonializm siyasətinin qurbanları arasında Boneyr xalqı da yer alır. Karib dənizinin cənubunda, Venesueladan 50 mil məsafədə yerləşən bu ada illərdir rəsmi Parisin müstəmləkə siyasətindən əziyyət çəkir. Ölkənin Boneyr xalqına qarşı tətbiq etdiyi zülm, tarix boyunca mərkəzləşdirilmiş gücün yerli mədəniyyətlərə və dillərə qarşı yönəlmiş ən acı nümunələrindən biridir. Zəngin tarixə və mədəniyyətə malik olan bu bölgə Fransa hökumətinin assimilyasiya siyasətinə qarşı illərdir mübarizə aparır. Rəsmi Paris Boneyr xalqının dilini və mədəniyyətini də sıxışdırır. Fransa hökuməti bölgədə fransız dilinin üstünlüyünü təmin etmək və yerli dilin istifadəsini məhdudlaşdırmaq üçün bir çox addımlar atıb ki, bu da yalnız mədəni soyqırımı deyil, həm də insan hüquqlarının ciddi şəkildə pozulması aktıdır. Bu gün həmin adada fəaliyyət göstərən məktəblərdə fransız dilinin tədrisi məcburi şəkildə həyata keçirilir. Yerli dildən istifadə isə ümumiyyətlə, qadağan olunub. Bu, gənc nəslin öz dilini və mədəniyyətini unutmasına, fransız dilinə uyğunlaşmasına səbəb olur. Məlumdur ki, dil hər bir xalqın kimliyinin əsas hissəsidir və onu itirmək, milli kimliyin itirilməsi anlamına gəlir. Fransanın bu siyasəti Boneyr xalqının öz tarixi və mədəni irsi ilə əlaqəsini kəsməyə yönəlib. Bundan başqa, fransız hökuməti əsrlər boyu Boneyr xalqının mədəniyyətini və ədəbiyyatını qorumağa çalışan yazıçıları, sənətkarları da təzyiq altında saxlayır. Yerli dillərdə yazılan əsərlərin tez-tez senzuraya məruz qalması və yayımının məhdudlaşdırılması da bunun əyani sübutudur. Fransanın bu fəaliyyəti yalnız adanın yerli xalqının mədəniyyətinin yox olması ilə nəticələnmir, həm də yaradıcı insanların imkanları məhdudlaşır. Adanın tarixini əks etdirən ən dəyərli sərvətlərdən hesab olunan Boneyr ədəbiyyatının məhv edilməsi, yerli xalqın tarixi və mədəni irsinin unudulmasına gətirib çıxarır. Xüsusi vurğulamaq lazımdır ki, Fransanın neokolonializm siyasəti yalnız bir xalqın mədəniyyətinə deyil, həm də bütün dünya mədəniyyətinə vurulmuş böyük bir zərbədir. Rəsmi Parisin neokolonializm siyasəti Boneyr xalqının sosial və siyasi hüquqlarını da ciddi şəkildə pozur. Bu gün adanın idarəçiliyində yerli nümayəndələrin fəaliyyəti məhdudlaşdırılıb, Fransanın təyin olunan məmurları söz sahibinə çevrilib. Fransanın bu addımı yalnız siyasi haqsızlıqların və etirazların yaranmasına səbəb olmur, həm də yerli əhalinin öz kimliyini və mədəniyyətini qorumaq üçün göstərdiyi mübarizəni daha da çətinləşdirir.

Fransanın neokolonializm siyasəti ilə mübarizə aparan ölkələr arasında Azərbaycan ön sıralarda dayanır. Bu məqsədlə təsis edilən Bakı Təşəbbüs Qrupu artıq Fransanın neokolonializm siyasətindən əziyyət çəkən xalqların ümid yerinə çevrilib. Təsadüfi deyil ki, rəsmi Parisin müstəmləkə siyasətinin qurbanına çevrilənlər bu gün Azərbaycana neokolonializmdən əziyyət çəkən xalqlara göstərdiyi dəstəyə görə təşəkkür edirlər. Kanaklardan sonra Boneyr xalqı da dekolonizasiyaya dəstək üçün BTQ-yə minnətdarlığını ifadə edib. Bütün bunlar bir daha Azərbaycanın qlobal aləmdəki nüfuzunun getdikcə artdığını, eləcə də ölkəmizin neokolonializmlə mübarizədə əhəmiyyətli rolunu təsdiq edir.

Nəzrin ELDARQIZI,

"Respublika".