İQTİSADİYYAT

"Yaşıl" enerjinin inkişafı və ötürülməsi üzrə nazirlərin üçüncü iclası

Bakı Enerji Həftəsi çərçivəsində "Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan Rumıniya hökumətləri arasında yaşıl enerjinin inkişafı ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in icrası məqsədilə nazirlərin üçüncü iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Gürcüstanın iqtisadiyyat dayanıqlı inkişaf nazirinin birinci müavini Romeo Mikautadze, Rumıniyanın energetika naziri Daniel Virgil Popesku, Macarıstan Xarici İşlər Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Sztarayın iştirakı ilə keçirilən görüşə onlayn formatda Bolqarıstanın energetika naziri Rosen Hristov da qatılıb. Tədbirdə Avropa İttifaqı Avropa Komissiyasının enerji siyasəti strategiyası koordinasiya üzrə direktoru Kristina Lobillo Borrero ilə təmsil olunub.

İclasda Yaşıl Enerji Dəhlizinə Bolqarıstanın qoşulması, layihənin texniki-iqtisadi əsaslandırması üçün texniki tapşırıqların tezliklə yekunlaşdırılması razılaşdırılıb. Həmçinin məsləhətçi şirkətin seçilməsi iştirakçı ölkələr arasında birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumunun layihəsi üzrə müzakirələr aparılıb.

Növbəti görüşün 2023- ilin iyul ayında keçirilməsi barədə razılıq əldə edilib.