“Qarabağ” neft yatağının işlənməsinə dair Risk Xidməti Sazişi
İQTİSADİYYAT

“Qarabağ” neft yatağının işlənməsinə dair Risk Xidməti Sazişi

Norveçin “Equinor” şirkətinin kəşfiyyat üzrə vitse-prezidenti Tore Losetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə SOCAR-ın prezidenti Rövnəq Abdullayev görüşmüşdür.“SOCAR Tower”-də keçirilmiş görüşdə SOCAR və “Equinor” şirkətləri tərəfindən bərabər pay bölgüsü əsasında həyata keçirilən “Qarabağ” yatağının işlənməsi, eləcə də “Dan Ulduzu”-“Əşrəfi”-“Aypara” perspektivli strukturlarında aparılan kəşfiyyat layihələrində növbəti addımların icrası müzakirə olunmuşdur.
Xatırladaq ki, Norveçin “Equinor” şirkəti (keçmiş Statoil) və SOCAR Azərbaycanda “Qarabağ” yatağının işlənməsi və “Əşrəfi”-“Dan Ulduzu”-“Aypara” perspektiv sahələrində kəşfiyyat və hasilatın təşkili üzrə əməkdaşlıq edirlər. Şirkətlər həmçinin “Azəri”-“Çıraq” və “Dərinsulu Günəşli” (AÇG) neft yatağının işlənilməsi layihəsində iştirak payına malikdirlər. 2018-ci ilin may ayında “SOCAR Karabakh” və “Equinor” şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsinə dair Risk Xidməti Sazişi imzalamışlar. Sazişə əsasən şirkətlər bərabər paya malikdirlər.                               

Bəybala BƏYBALAYEV,

“Respublika”.