Türkiyə liderinin Almaniyaya səfəri başlayıb
Siyasət

Türkiyə liderinin Almaniyaya səfəri başlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyaya səfəri başlayıb.

“Respublika” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Məlumata görə, Ərdoğanın Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və kansler Olaf Şotsla görüşəcək.

Bundan başqa, ölkə başçılarının qarşılıqlı maraq doğuran məsələləri, Yaxın Şərq və Şərqi Avropadakı durumu müzakirə edəcəkləri gözlənilir.

Nəzrin ELDARQIZI,

"Respublika".