Şəhid Məhəmməd Məmmədovun şəxsi əşyaları Tarix Muzeyinə təqdim edilib
Gündəm

Şəhid Məhəmməd Məmmədovun şəxsi əşyaları Tarix Muzeyinə təqdim edilib

Şəhid Məhəmməd Məmmədovun şəxsi əşyaları (baş geyimi, hərbi qeyd dəftəri, qol nişanı, 4 ədəd müxtəlif rəngli qələm və 5 ədəd rəngli fotoşəkil və s.) Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna daxil edilib.

Bu barədə "Respublika"-ya muzeydən məlumat verilib.

Məhəmməd Məmmədov 1995-ci il dekabrın 15-də Biləsuvar rayonunda anadan olub. O, Azərbaycan Ordusunda gizir rütbəsində xidmət edib. Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda düşmənə qarşı gedən döyüşlərdə fədakarlıq göstərib. 2022-ci il sentyabrın 12-də şəhidlik zirvəsinə ucalıb. “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və digər medallarla təltif olunub.