Prezident İlham Əliyev Xocalı rayonunun Pirlər kəndində olub
Gündəm

Prezident İlham Əliyev Xocalı rayonunun Pirlər kəndində olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də Xocalı rayonunun Pirlər kəndində olub.

“Respublika” xəbər verir ki, dövlətimizin başçısı kəndin ərazisinə baxış keçirib.

Dağətəyi ərazidə yerləşən Pirlər kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Pirlər kəndi Azərbaycan Ordusunun cari il sentyabrın 19-20-də Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.

Bu yaşayış məntəqəsi kənd təsərrüfatı və turizm sahələrində böyük potensiala malikdir.