“Sabahın alimləri” XIII respublika müsabiqəsinin açılış mərasimi keçirilib
Gündəm

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin açılış mərasimi keçirilib

Aprelin 17-də Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə “Sabahın alimləri” XIII respublika müsabiqəsinin açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

"Respublika" xəbər verir ki, tədbirdə Təhsil İnstitutunun direktor müavini, layihə direktoru Fuad Qarayev müsabiqənin statistik göstəriciləri ilə bağlı hesabatı təqdim edib. Fuad Qarayev 8 istiqamət üzrə qeydiyyatdan keçən, qəbul olunan və qiymətləndirilən layihələr barədə ətraflı məlumat verib. Qeyd edib ki, müsabiqə üzrə qeydiyyatdan keçən 652 layihədən 113-ü sərgidə iştirak hüququ qazanıb.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar, həmçinin videoçarx nümayiş etdirilib.

Qeyd edək ki, müsabiqədə növbəti 2 gün ərzində şagirdlərin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə elmi-tədqiqat layihələri dəyərləndiriləcək. Bununla yanaşı, qaliblər sırasından seçilən məktəblilər ABŞ-da keçirilən sərgidə ölkəmizi təmsil edəcəklər.