Rusiya BMT Təhlükəsizlik Şurasının
Dünya xəbərləri

Rusiya BMT Təhlükəsizlik Şurasının "Şimal axını"nda baş vermiş partlayışlar üzrə iclas keçirilməsini istəyir

Rusiya ötən ilin sentyabrında "Şimal Axını" qaz kəmərlərində baş verən partlayışları müzakirə etmək üçün iyulun 11-də BMT Təhlükəsizlik Şurasının yeni iclasının keçirilməsini tələb edib.

“Respublika” xəbər verir ki, Rusiya BMT Təhlükəsizlik Şurasının "Şimal axını"nda partlayışlar üzrə iclas çağırılmasını istəyir.

Rusiyanın BMT - dəki səfirinin müavini Dmitri Polyanski, Telegram platformasında "biz iyulun 11-də Şimal axını nda partlayışlar üzrə BMT Təhlükəsizlik Şurasının yeni açıq iclasını tələb etdik ", - deyə məlumat yayıb. O, həmçinin Rusiyanın görüşə "bir neçə qərəzsiz məruzəçi" dəvət edəcəyini də  söyləyib.

Xatırladaq ki, mart ayında Rusiya BMT Təhlükəsizlik Şurasından müstəqil araşdırma aparmağa nail ola bilmədi.

Musa Bağırlı,

“Respublika”.