Ordusu olmayan düşmənin rəzaləti
Siyasət

Ordusu olmayan düşmənin rəzaləti

Ordu dövlətin əsas dayaq nöqtələrindən biridir. Əgər orduda hər hansı bir boşluq yaranarsa, deməli, o dövlətin taleyi sual altındadır. Hələ o dövlət işğalçı kimi işğal etdiyi özgə torpağında döyüşürsə bu, onun məhvə məhkum olması deməkdir. Çünki heç bir əsgər mənasız qurban olmaq istəməz. Əks halda ya silahını öz dövlətinə qarşı çevirər, ya da fərari kimi qaçıb canını qurtarar.

Biz bütün bunları İkinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunda müşahidə etdik. Orduda inamsızlıq, nizamsızlıq qorxu. Artıq Ermənistan silahlı qüvvələrində rəzillik pik həddə çatıb, ordu nəzarətdən çıxıb. Başıpozuqluq, anarxiya baş alıb gedir. Valideynlər övladlarının ordu sıralarında xidmət etməsinə etiraz edir, gənclər isə hərbi xidmətdən boyun qaçırırlar. Bu hallar hələ İkinci Qarabağ müharibəsi dövründə var idi. Çünki insanlar özlərinin olmayan torpaqlar uğrunda ölməkdən, döyüşməkdən bezmişdilər. Onlar çox yaxşı anlayırdılar ki, Qarabağ Azərbaycan torpağıdır azərbaycanlılar öz torpaqlarını azad edəcəklər. Azərbaycan əsgəri torpaq uğrunda şəhid olar, erməni əsgəri isə işğalçı kimi ölər. Elə buna görə Ermənistan ordusu dağılıb səfil günə düşdü. Məsələnin əsl mahiyyətini anlayan orduda 11 mindən çox fərari oldu. Ermənistan rəhbərliyi döyüşlərdə ölən əsgərlərin sayı ilə bağlı dəqiq açıqlama vermədi. Əhalinin üsyanından qorxdu. Orduda müharibə dövründə yaranan çaxnaşma, rəzillik bu gün davam edir.

Hərbi hissələrdə özbaşınalıq, müəmmalı əsgər ölümləri illərdir Ermənistan ordusunun qüsurlarından biri hesab edilir. Bu gün əli hər yerdən üzülən Paşinyanın gümanı ancaq ölkəsində olan qocalara qadınlara qalıb. İndi Ermənistanın güvəndiyi "böyük" dövlətlər var, onların kölgəsi.

Xeyli vaxtdır Paşinyanın güvəndiyi dağlara qar yağıb. Əlacı qocalarda qadınlarda görən Paşinyan Anna Akopyan orduya qızları cəlb edirlər. Onu da qeyd edək ki, hələ 44 günlük Vətən müharibəsindən əvvəl Anna Akopyan Qarabağda əlində avtomat silah tutaraq şəkillər çəkdirmişdir. O zaman işğal altında olan Qarabağda silah gəzdirmək şəkil çəkdirmək qədər asan idi. Bu gün isə vəziyyət tamam fərqlidir. Azərbaycan öz torpaqlarını azad edərək sərhədlərini möhkəmləndirib. İndi bu sərhədlərdə nəinki Anna silah gəzdirə, heç düşmən quşu da uça bilməz. Bunu artıq Ermənistan dövləti, onun rəhbərliyi gözəl bilir.

İstər Birinci, istərsə İkinci Qarabağ müharibəsi zamanı həlak olan erməni əsgərlərinin valideynlərinin fikrincə, övladları boş mənasız savaş uğrunda ölüblər. Sözsüz ki, erməni valideynlər bu gün gəldikləri qənaəti illər öncə nəzərə alsaydılar, bugünkü vəziyyətlə qarşılaşmazdılar. Artıq dövlətin nizamsız bərbad ordusundan bezən erməni əsgər anaları övladlarının belə bir vəziyyətdə xidmət etmələrinə qarşıdılar. Onlar övladlarını dövlətə, orduya etibar etmirlər. İkinci Qarabağ müharibəsindəki qələbəmizdən sonra çox mətləblərə aydınlıq gəldi. Belə ki, Ermənistan əhalisi, ələlxüsus da əsgər ailələri bu savaşın mənasız olduğunu anladılar. bir onu öz fikirlərində təsdiq etdilər ki, övladlarının nəinki Qarabağda döyüşməsi, hətta xidmət etməsi belə yersizdir.

Ermənistan illərdir ki, güclü, qüdrətli ordu mifini bütün dünyaya sırımağa çalışsa da, əslində belə deyilmiş. 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu işğalçı Ermənistan ordusuna elə bir dərs verdi ki, çətin ki bir toparlanıb ordu halına gələ. Çünki bu gün Ermənistan ordusu yox vəziyyətindədir. O ki qaldı hökumətin rəhbərliyin ordu barədə uydurduğu yalanlara, bunlar hamısı boş cəfəngiyyatdır. Əslində peşəkar ordu qurucusu orduya qadınları cəlb etməz. Paşinyan bu addımını ölkədə qadınların say üstünlüyünün Ermənistanın demoqrafik vəziyyətinin tələb etməsi ilə əlaqələndirsə , əslində belə deyil. Məsələnin daha gizlin, sərsəm səbəbləri var. Əgər bu kontekstdən yanaşsaq, Azərbaycan dövləti, hərbçisi heç vaxt qadını orduya cəlb etməz. Azərbaycan qadını xanım olaraq əsgərinin arxasındadır. Döyüş meydanında ər döyüşər. Görünür, baş nazir keçmişə "bağlı" adamdır. Zamanında erməni qadınları Ermənistanın qonşu dövlətlərlə münasibətlərində ağlasığmaz "xidmətlər" göstərmişlər. Bunu nəzərə alan Anna Paşinyan qadın böyük qüvvədir, deyərək bu qüvvəni ordu sıralarına tətbiq edirlər. Amma bir məsələni unudurlar, düşmənin qadını, kişisi olmur. Düşmən-düşməndir.

Ramidə YAQUBQIZI,

"Respublika".