Milli rəzalətdən, milli faciədən QURTULUŞ
Siyasət

Milli rəzalətdən, milli faciədən QURTULUŞ

15 iyun 1993- ildə xalqımız müdrik liderinin rəhbərliyi ilə özgüvəninə əsaslanaraq dayanıqlı davamlı təhlükəsizliyə möhkəm zəmin yaratmaqla dövlət müstəqilliyinin əbədiliyini təmin etdi

Ötən əsr bir çox proseslərlə yanaşı, yeni müstəqil dövlətlərin yaranması, bəzi xalqların dövlət müstəqilliklərini yenidən bərpa etməsi, bəzilərinin isə müstəqillik əldə etməsi ilə yadda qaldı. Keçmiş SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən dövlətlərdən olan Azərbaycan qədim tarixə, mühüm coğrafi-strateji mövqeyə, iqtisadi potensiala, zəngin mədəniyyətə özünəməxsus dövlətçilik ənənələrinə malik nadir ölkələrdəndir.

Hər bir xalq millət üçün qürur şərəf hissi doğuran müstəqillik iqtisadi, siyasi, intellektual, mədəni ehtiyatların inkişafına təkan verməklə ciddi sınaq meydanına çevrilir. Hər kəsdən daha yüksək vətənpərvərlik, məsuliyyət intizam tələb edilir. Şərq Qərb sivilizasiyalarının qovuşuğunda yerləşən Azərbaycan tarixin bütün dönəmlərində Şərqin siyasi, ticarət mədəni mərkəzlərindən biri olub. Bunlara baxmayaraq, ictimai-siyasi təşkilatlanmanın dövlətçiliyin formalaşması proseslərinin qarşısı müvəqqəti olsa, daha güclü dövlətlərin təsiri ilə alınmışdır.

Ötən əsrin əvvəllərində yaranan, müasir müstəqil Azərbaycan dövlətinin sələfi olan AXC həmin taleyi yaşadı. Qısa müddətdə - 23 ay ərzində müsəlman Şərqində ilk parlament tipli demokratik respublika yaradılmaqla dövlət quruculuğunun ən əsas sahələrində mühüm işlər görüldü. Müasir elm təhsil tariximizin ən şərəfli səhifələrindən olan BDU-nun açılması da həmin dövrə aiddir. Milli vətənpərvər qüvvələr müstəqilliyimizin qorunub saxlanmasına təşəbbüs göstərsələr , təcrübəsizlik, səhvlər, daxildən anti-Azərbaycan qüvvələrinin fəallığı xaricdən müdaxilə buna imkan vermədi. Nəticədə Azərbaycan sərhədləri, ərazisi, dövlət dili bir sıra digər dövlətçilik atributları mövcud olmaqla keçmiş SSRİ- müstəqilliyi kvazi qaydada qorunub saxlanmışdır, necə deyərlər, kvazimüstəqil idi. O illərdə ölkə rəhbərlərinin heç hamısı psevdoazad respublikanın imkanlarını gələcəkdə milli maraqlar naminə istifadəyə yönləndirə bilməmişdilər. Ancaq 1970-1980-ci illərdə gələcək müstəqilliyimizin zəruri əsasları formalaşdırılmaqla azadlıq mücadiləsinə hazırlıq mərhələsi başlandı. Təsadüfi deyil ki, 1980-ci illərin sonlarında başlanmış siyasi-iqtisadi böhran keçmiş ittifaqda yaranmış vəziyyətin çarəsini tapmaq üçün mübarizəni kəskinləşdirmişdi. Mərkəz ilə respublikalar arasında qarşılıqlı münasibətlər problemi kulminasiya həddinə çatmışdı. Yaranmış xaotik vəziyyəti idarəolunan hala gətirmək üçün müxtəlif cəhdlər edilsə , bir nəticə hasil olmadı. Dərin böhrandan çıxış yolları axtarılması prosesi müxtəlif ciddi əsaslandırılmış iqtisadi-siyasi proqramların reallaşdırılmasını zəruri edirdi (Məsələn: "500 gün", "antiböhran", "Novooqaryovo prosesi", "üçlər sazişi", "nomenklatur özəlləşdirmə" s.).

O dövrdə "yeni iqtisadi xətt"in "atası" L.Abalkin hakimiyyət tərəfindən proqramların qəbul edilməməsi, konfederallaşdırılmanın tədricənliyini əldən verdi. Həmin illərdə bir sıra tədqiqatçılar keçmiş ittifaq respublikalarında istehsalın həcminin orta illik artım sürətini, ÜDM istehsalını, respublikalararası göndərişləri, yük dövriyyəsini, sənaye sahələrində, kənd təsərrüfatında istehsalın dinamikasını digər makroiqtisadi göstəriciləri nəzərə almaqla bu qənaətdə idilər ki, Rusiyadan sonra Azərbaycan kimi respublikalar müstəqil yaşamağa hazırdırlar.

Təəssüflər olsun ki, imkanları belə qiymətləndirilən ölkəmiz müstəqilliyinin ilk kövrək addımlarını atdığı tarixi zaman çox mürəkkəb olmaqla taleyimiz üçün əhəmiyyətli hadisələrlə ziddiyyətli məqamlarla dolu bir dövr idi. 1990-1991-ci illərdə keçmiş SSRİ-ni qoruyub saxlamaq naminə təşkilati xarakterli cəhdlər göstərildi. Dəqiq fəaliyyət proqramı olmadığından konkret şəraitə uyğun təklif edilən "siyasi sous" da müxtəlif idi. Bütün bunlar hadisələrin inkişafına ölkə rəhbərliyinin təsir qabiliyyətini daha da azaltdı. Hərbçilər isə bundan istifadə edərək "qayda-qanunu" bərpa, laxlamış mövqeləri bərqərar etmək üçün cəhdlər edirdi. Müttəfiq respublikalara hərbi müdaxilələr həmin respublikaların ittifaqdan ayrılmaq suveren dövlətə çevrilmək istəyini daha da gücləndirdi (Alma-Ata, Tbilisi, Bakı, Vilnüs, Riqa s.).

 

1991-ci ilin ikinci yarısından ölkəmiz yenidən müstəqillik əldə etsə , bu müstəqilliyin qorunub saxlanılması möhkəmləndirilməsi üçün heç bir faydalı görülmədi, əksinə, dağıdıcılıq prosesi geniş vüsət aldı. Ancaq 1993- ilin iyunundan cəmiyyətdə qeyri-müəyyənliyə, xaosa son qoyuldu, bütün sahələrdə quruculuq mərhələsi, beynəlxalq investorların əsas tələb kimi irəli sürdükləri ictimai-siyasi sabitliyin bərqərar olması başlandı. Müstəqilliyimiz real məzmun kəsb etməklə dönməzlik, sarsılmazlıq əbədilik qazandı.

 

Dünyada keçmiş ittifaqda gedən ictimai-siyasi proseslərin labüd sonluğu, obyektiv tarixi proseslərin qanunauyğun nəticəsi Avropada Asiyada yeni müstəqil dövlətlərin yaranması oldu.

Azərbaycanın dövlət müstəqilliyinin xalqımızın milli sərvəti olduğunu qeyd edən ulu öndər Heydər Əliyev demişdir: "...bu sərvətin ayrı-ayrı qurumların, şəxslərin inhisarına alınması heç cür yolverilməzdir".

Müstəqilliyimizin "eyforiya" dövrü hesab edilən 1988-1992-ci illərdə baş verən proseslərin, sərt reallıqların səthi təsviri yanlış təsəvvürlər böyük, ağır itkilərə məruz qalmağımıza səbəb oldu. O zaman siyasətlə məşğul olanların, hakimiyyətə can atanların əksəriyyəti bir tərəfdə səriştəsiz, dövlətçilik təcrübəsi olmayan diletantlar, digər tərəfdə isə vətənpərvərlik hissləri kilidlənmiş, milli düşüncədən məhrum olmuş, köhnə stereotipləri yaşatmaq istəyində olanlar idi. Buna görə hakimiyyət həmin tərəflər arasında əldən-ələ keçirdi. Gah səriştəsiz adamların məsul dövlət vəzifələrinə gətirilməsi, gah da "partiya nomenklaturası"nın hakimiyyəti yenidən qəsb etməsi, bir sözlə, səngiməyən hakimiyyət mübarizəsi nəticəsində ziddiyyətli xarici siyasət, beynəlxalq aləmdən təcridolunma, iqtisadi sosial sahələrdəki dərin böhran, mənəviyyatdakı deqradasiya, bəzən xəyanət həddinə çatan özbaşınalıq olduqca çətin, mürəkkəb situasiya yaratmışdı. Belə ki, ölkəmizdə kriminal klan hakimiyyəti formalaşmış, separatist meyillər leqallaşdırılmış, ərazilərimiz işğal olunmuş, vətəndaş müharibəsinin başvermə təhlükəsi yaranmış, qlobal coğrafi-siyasi oyunların gerçəkləşməsi üçün münbit şərait formalaşmışdı. Bir sözlə, hakimiyyətin diletantlar antimilli qüvvələr arasında tez-tez transfer edilməsi, siyasətdə ardıcıllıq prinsipinin pozulması nəticəsində ölkəmizdə dərin siyasi-iqtisadi, sosial böhran, uçurum faciə qaçılmaz oldu, illüziyalar sindromu başlandı. Həmin dövrdə baş verən hadisələrin bəzilərini acı təəssüf hissi ilə xatırlamaqla bir daha əmin olarıq ki, müstəqilliyin itirilməsi, dövlətçilik ənənələrinin qoruna bilməməsi dövlətin məhvolma təhlükəsi real idi. Deməli, istiqlalı qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir. Faktlara müraciət edək:

Ş 23 fevral 1988 - Qarabağ münaqişəsinin mitinqlərin başlanması;

Ş A.Mütəllibovun 1991-ci ilin sentyabrında hakimiyyətə gəlişi, altı aydan sonra uzaqlaşdırılması, Y.Məmmədovun iki aylıq müvəqqəti əvəz etməsi, A.Mütəllibovun bir günlük yenidən hakimiyyətə gətirilməsi, İ.Qəmbərovun bir aylıq müvəqqəti icra etməsi s. Bütün bunlar o dövrdə Azərbaycanda silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinin mümkünlüyünü isbatlayırdı;

Ş 25 may 1993 - Ə.Elçibəyin yanında respublikada ictimai-siyasi vəziyyətə həsr olunmuş müşavirə keçirildi. Müşavirədə ölkədə tam xaos anarxiyanın, korrupsiya cinayətkarlığın hökm sürdüyü bütün çılpaqlığı ilə aşkarlandı. Ə.Elçibəy müşavirədə deyib: "Kadrlar təzədir, bir şey bilmirlər";

Ş Avqust 1992-ci il - "N" saylı hərbi hissənin komandiri Ə.Hümbətov Azərbaycanı parçalamaq, qondarma respublika yaratmaq məqsədilə cənub zonasında magistral yollarda özbaşına postlar qurur, quldurluq edir, mülki şəxsləri qətlə yetirirdi;

Ş Qeyri-ardıcıl ziddiyyətlərlə dolu xarici siyasətin nəticəsi kimi ABŞ konqresi "Azadlığı dəstəkləmə aktı"na 907-ci düzəliş etdi. Həmin düzəlişə əsasən Cənubi Qafqazda Gürcüstan Ermənistan hər il 100 milyon dollara yaxın humanitar yardım aldığı halda, Azərbaycan bu yardımdan məhrum oldu;

Ş AXC-Müsavat hakimiyyəti dövründə ordunu gücləndirmək məqsədilə cəbhəçilərdən ibarət batalyonlar yaradılması haqqında qərar qəbul edilir. Necə deyərlər, qeyri-qanuni silahlı dəstələrin artıb-çoxalma prosesi qanuniləşdirilir;

Ş Ə.Elçibəyin bir neçə mühüm vəzifə tutan şəxsləri işdən azad etməsi ona qarşı olan narazılığı artırmaqla həmin adamların özlərinə sadiq silahlı birləşmələrin böyüməsinə müəyyən məqamlarda merkantil maraqlar naminə birləşməsinə rəvac verdi. Silahlı birləşmələrə malik kriminal qüvvələrin siyasi oyunları başlandı (Bu gün Sudanda olduğu kimi);

Ş Ölkədə daxili işlər naziri, müdafiə naziri digər bu kimi hüquq-mühafizə orqanları rəhbərlərinin qatıldığı cinayətkarlıq əməlləri, silahlı dəstələrin azğınlığı tüğyan edirdi. Korrupsiya, dövlət əmlakının dağıdılması fantastik səviyyəyə yüksəlmişdi;

Ş Prezident Aparatında ölkədəki vəziyyətlə bağlı keçirilən müşavirə bu məsələlərdə hakimiyyətin aciz olduğunu, antifəaliyyət proqramının olmadığını təsdiq etdi;

Ş Respublikada fövqəladə vəziyyət elan olunması haqqında Fərman imzalansa da, vəziyyət artıq idarəolunmaz hala gəlmiş, dağıdıcı proseslər qarşısıalınmaz olmuşdu;

Ş Senzura sərtləşdirildi. KİV- qadağalar artırıldı;

Ş Əvvəlki hakimiyyətləri demokratiyanı pozmaqda ittiham edən AXC-Müsavat hökuməti ölkəni diktatura ilə idarə etməyə çalışsa da, ordu ayrı-ayrı kriminal, mafioz qrupların tabeliyinə keçməklə nizamsız dəstələrə çevrilmişdi;

Ş Gəncədəki hərbi birləşmələr mərkəzi hakimiyyətə tabe olmaqdan imtina edərək üsyan etdi;

Ş Milli Məclis Gəncədə baş verən hadisələri qardaş qırğını kimi qiymətləndirərək şəhər sakinlərinə müraciət etdi.

Göründüyü kimi, ölkəmizin siyasi-iqtisadi, mədəni həyatında baş verən ya törədilən hadisələr yenidən bərpa edilən müstəqilliyimizə çox ağır zərbələr vurmuşdu. Hakimiyyətlərin bir-birini tez-tez əvəz etməsi, bu yöndə baş verən silahlı toqquşmalar gənc, müstəqil ölkənin qarşısında duran problemlərin həllinə ciddi mane olmuşdu. Eyni zamanda Ermənistanın hərbi təcavüzü Azərbaycanı ciddi itkilərə məruz qoymaqla vəziyyəti daha da gərginləşdirmişdi.

Dövlət müstəqilliyinin bərpasından ötən iki ilə yaxın müddət ölkəmizin müasir tarixinin ən faciəvi mərhələsi olmaqla, bir çox məsələlərə aydınlıq gətirdi, diletantların acı sonluğuna qəti əminlik yaratdı. Təsdiq olundu ki, müstəqillik yoluna qədəm qoyan, siyasətinin konturlarını hələ müəyyənləşdirməmiş, kəskin ziddiyyətlər, dərin kataklizmlər içərisində səmtini müəyyənləşdirə bilməyən ölkədə ümummilli liderin, görkəmli tarixi şəxsiyyətlərin olması mütləqdir. 1993- ildə müstəqil müasir Azərbaycan Respublikası öz sələfi olan Azərbaycan Xalq Cümhuriyyətinin iki ilə yaxın müstəqilliyinin uğursuz aqibətini yaşamaq kimi acınacaqlı bir tale ilə üz-üzə qalmışdı.

 

Müstəqillik yoluna qədəm qoyan, siyasətinin konturlarını hələ müəyyənləşdirməmiş, kəskin ziddiyyətlər, dərin kataklizmlər içərisində səmtini müəyyənləşdirə bilməyən ölkədə ümummilli liderin, görkəmli tarixi şəxsiyyətlərin olması mütləqdir. 1993- ildə müstəqil müasir Azərbaycan Respublikası öz sələfi olan Azərbaycan Xalq Cümhuriyyətinin iki ilə yaxın müstəqilliyinin uğursuz aqibətini yaşamaq kimi acınacaqlı bir tale ilə üz-üzə qalmışdı.

 

Belə bir təhlükəli məqamda xalqın öz liderinə, təcrübəli siyasətçiyə, strateqə tarixi şəxsiyyətə - Heydər Əliyevə böyük ehtiyacı vardı. Xalq inanırdı ki, ölkənin milli mənafelərini, dövlətçiliyi qorumağa, müstəqilliyi demokratik inkişafı təmin etməyə, xaos anarxiyanın qarşısını almaqla, məcrasından çıxmış hadisələri öz təbii axarına salmağa, meydan "qəhrəmanları"ndan ya "milli demokratlar"dan fərqli olaraq pafoslu ifadələrdən xali olan, populist olmayan qərarlar qəbul etməyi bacaran lideri var. Ölkəmizi xalqımızı milli rəzalətdən, milli faciədən qurtarmağa, əhalini ən ümdə vəzifələrin icrası naminə səfərbər etməyə qadir olan bunu əvvəllər sübut etmiş dünyaşöhrətli siyasətçi, müdrik dövlət xadimi Heydər Əliyevdir. Məhz bu məqsədlə son anda xalq öz düzgün seçimini etdi dərin zəkalı, uzaqgörən siyasi lider, tarixi şəxsiyyət Heydər Əliyevi 1993- ilin iyununda Azərbaycanda ali hakimiyyətə dəvət etdi. Həmin gündən ulu öndərin ətrafında cəmlənən xalqımız böyük ruh yüksəkliyi ilə "dağıdıcılığa son" deməklə ölkəmizin problemlərinin həllinə, dövlət cəmiyyət işlərində nizam yaratmağa başladı. Xalqımızın öz gücünə, müstəqilliyimizin dönməzliyinə, hüquqi, demokratik, dünyəvi dövlət quruculuğuna inamı getdikcə artırdı.

Dövlətçilik ənənələrinin bərpası, formalaşdırılması, milli dövlət quruculuğu təkcə siyasətçilərin işi olmadığı üçün milli mənafelərlə şəxsi mənafelərin uzlaşdırılması əsas funksiyalarından biri idi. Ümummilli problemlərin həlli üçün əhalinin bütün təbəqələrinin dialoquna xüsusi önəm verən ulu öndər ölkədə mövcud olan ictimai təşkilatlarla, qurumlarla yanaşı, siyasi partiyaları da Azərbaycanın birliyi naminə əməkdaşlığa dəvət etdi. Çünki ötən əsrin 80-ci illərinin sonu 90- illərinin əvvəllərində, dəqiq desək, 1993- ilin iyununa qədər Qarabağ hadisələri ilə əlaqədar milli hisslərin, emosiyaların tüğyan etməsindən sui-istifadə edənlərin çoxu özü bilmədən "siyasətçi" çevrilsələr , populizmdən o yana gedə bilmədilər. Unutdular ki, milli ruhu qorumaq, inkişaf etdirmək üçün ən yaxşı yol milli dövlətçiliyi formalaşdırmaqdır. Milli dövlətçilik yalnız ərazinin, maddi sərvətlərin deyil, milli-mənəvi dəyərlərin qorunmasına xidmət edən kəsilməz bir prosesdir. Milli dövlət dövlətçiliklə milliliyin birləşməsi ilə səciyyələnir ki, bunun da potensial əsası dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulmuşdur. Həmin dövrlərdə Azərbaycana qarşı xəbis niyyətlərin, bəd münasibətlərin baş alıb getdiyi bir vaxtda daxildə birliyin, həmrəyliyin qədər vacib olduğunu, milli birlik ideyasının hər cür siyasi ambisiyalardan yüksəkdə dayandığını qeyd edən ulu öndər deyirdi: "Hər bir vətəndaş gərək ölkəsinin böyük siyasəti haqqında düşünsün, kiçik mənfəətləri, maraqları haqqında düşünməsin". Belə olduqda dövlətçilik ənənələri yaşayır. Dövlətçilik əsasən mənəviyyat mentalitetlə bağlı olaraq siyasi müstəvidə milli özünütəsdiq, ilk növbədə isə əhalinin xalqa, xalqın millətə, sakinlərin vətəndaşlara çevrilməsi istiqamətində gedən prosesdir. Dövlətçilik mənəviyyatda tayfa, zona, region miqyasından kənara çıxaraq bütöv vətən, vətənpərvərlik duyğusunu hər şeydən yüksək tutmaq vərdişi tələb edir. Dövlət atributlarına, simvollarına hörmət sevgi, dövlətin nailiyyətlərinə görə iftixar, uğursuzluqlarına görə təəssüf hissi keçirmək səriştəsi tələb edilir.

Milli dövlət quruculuğu, dövlətçilik ideyalarının həyata keçirilməsi proseslərinin dönməzliyinin təmin edilməsi kimi böyük məsuliyyətli missiyanı həyata keçirən dahi şəxsiyyətə, strateji kursa qarşı çıxanlar dövlətçiliyə milli inkişafa qarşı çıxanlardır. İnkişaf etmiş ölkələrin əksəriyyətində ya digər üstün cəmiyyətlərdə hər kəs öz faydalı əmsalı ilə ümumi işə qoşulur. Keçid dövrünü yaşayan cəmiyyətlərdə isə ümumi inkişafın əsas istiqamətləri hamı tərəfindən yetərincə dərk edilmədiyindən cəmiyyət ifrat dərəcədə siyasiləşir, diletantlar meydan alır, siyasi qarşıdurmalar güclənir. Belə halda isə qüvvələr vahid məqsəd uğrunda səfərbər edilmir, ümumi tərəqqiyə xidmət etmir. Müstəqillik əldə edilsə , daxili enerji quruculuğa, milli-mədəni inkişafa deyil, başqa səmtə yönəldilir. Azərbaycan 1993- ilə qədər məhz bu cür siyasi burulğanların hakim kəsildiyi dövrü yaşamışdır. Belə şəraitdə siyasi təbəddülatların təsirinə düşmədən ümummilli inkişaf naminə fəaliyyətlərin davam etdirilməsi vacib idi. Bunları da ulu öndərin - "böyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz" ideyası əsasında reallaşdırmaq mümkün idi.

Əvvəldə qeyd etdiyimiz kimi, Azərbaycanın siyasi müstəqillik əldə etməsi minilliklərin qovuşuğunda özünü daha qabarıq büruzə verən qloballaşma ilə eyni məqama təsadüf etdi. İqtisadi, mədəni, mənəvi sahələrdə müstəqilləşmək şansı qazanan ölkəmiz milliləşmə qloballaşma dalğalarının burulğanında hələ tam itirilməmiş mövqelərini yeni ampluada möhkəmləndirməyə başladı. Milli dövlət quruculuğunun çox mühüm konponentlərindən olan milli-mənəvi dəyərlər toplusu formalaşdırılması zəruri oldu.

İstənilən cəmiyyətdə "ictimai mənafe" ilə "dövlət mənafeyi" arasında uyğunsuzluq ziddiyyətlər yaradır. Müstəqilliyin bərpa edildiyi ilk dövrlərdə bu mənafelərdə kəskin uyğunsuzluq milli-mədəni məsələlərdə ciddi büruzə verdi. Xalqımız öz milli mentalitetinə adekvat həyat tərzi qurmağa çalışdı. İlk növbədə əsrlərdən bizə miras qalmış milli sərvətlərimizi qoruyub saxlamağı onları dəyərləndirməyi tövsiyə edən Heydər Əliyev deyirdi: "Həyatda uğurlu yaşamaq üçün xalqımızın, millətimizin milli-mənəvi dəyərlərinə sadiq olmaq lazımdır, bu milli-mənəvi dəyərləri ümumbəşəri dəyərlərlə birləşdirib müasir həyat tərzi keçirmək lazımdır". Milli azadlığa nail olmaq üçün milli oyanışın, dirçəlişin, ruhun canlanmasının vacibliyini uzaqgörənliklə duyan ulu öndərin bu sahəyə xüsusi önəm verməsinin özəlliyi həmin prinsiplərə söykənən milli ideologiyanı formalaşdırmaq cəhdi idi.

Qloballaşma şəraitində milli-mənəvi dəyərlər böyük təhlükələrlə üzləşdiyindən milli ideologiyanı formalaşdırmadan bu təhlükədən xilas olmaq çətindir. Cəmiyyətdə gedən proseslərə bu prizmadan yanaşan ulu öndər mətbuatda çıxışlarında, müsahibələrində milli-mənəvi dəyərlərimizin qorunmasına yönəlik tez-tez fikirlər səsləndirir, milliliklə müasirliyin məzmun müstəvisində vəhdətinə nail olmağı tövsiyə edirdi. Ən doğru yol isə ümumbəşəri mədəniyyətin milli mədəniyyətlərin fövqündə deyil, onlarla sintez halında formalaşması idi. Buna görə "milliliklə ümumbəşəriliyin vəhdəti" milli ideologiyanın əsas prinsipi kimi irəli sürüldü. Elə bir dövrə gəlmişdik ki, həmin müddətdə dövlət başçısı səlahiyyətlərindən daha çox milli liderlik, müdriklik səlahiyyətlərindən istifadə edilməsi vacib idi. Bu funksiyalar ya keyfiyyətlər isə vəhdət halında Heydər Əliyevdə birləşdiyindən, çoxillik qlobal dövlətçilik təcrübəsi, xarakteri buna mənəvi haqq da verirdi.

Ölkəmizin qarşısında çox mürəkkəb, çətin məsələlər dursa da, cəmiyyətdəki boşluq meyillərinin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi daha da aktual idi. Ulu öndərin təbirincə desək - "İnsan mənəviyyat üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaradan insan əbədi olacaqdır". Çünki söhbət müasirləşən bir islam ölkəsində milli-mənəvi dəyərlərə münasibətdən, qloballaşma şəraitində milli təfəkkür qarşısında duran vəzifələrdən ictimai şüurun düzgün istiqamətləndirilməsindən gedir. Bu işdə isə televiziyaların mətbuatın rolu danılmazdır. Bundan məharətlə istifadə öz bəhrəsini verirdi.

1991-ci ilin ikinci yarısından ölkəmiz yenidən müstəqillik əldə etsə , bu müstəqilliyin qorunub saxlanılması möhkəmləndirilməsi üçün heç bir faydalı görülmədi, əksinə, dağıdıcılıq prosesi geniş vüsət aldı. Ancaq 1993- ilin iyunundan cəmiyyətdə qeyri-müəyyənliyə, xaosa son qoyuldu, bütün sahələrdə quruculuq mərhələsi, beynəlxalq investorların əsas tələb kimi irəli sürdükləri ictimai-siyasi sabitliyin bərqərar olması başlandı. Müstəqilliyimiz real məzmun kəsb etməklə dönməzlik, sarsılmazlıq əbədilik qazandı. Bu gün ulu öndər tərəfindən başlanmış bir çox regional qlobal əhəmiyyətli işlər, taleyüklü məsələlər Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməklə müstəqilliyin möhkəmləndirilməsi, ərazi bütövlüyünün tam bərpası istiqamətində meydana çıxan problemlər həll olunur. Azərbaycan sürətlə inkişaf edən, sosial dövlət mövqeyini möhkəmləndirməklə güclü ordusu, xarici siyasəti sayəsində regionun qüdrətli dövlətinə çevrilib.

Hazırda ümummilli liderin siyasi xətti yeni şəraitdə fədakarlıqla həyata keçirildiyindən Azərbaycanın müasir panoramı transmilli layihələrin uğurla reallaşdırıldığı böyük məkandır. Ölkə həyatının bütün sahələrində aparılan islahatların müəllifi olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəqliyyat dəhlizlərinin habına çevrilib. İqtisadiyyatda ciddi nailiyyətlər qazanılıb. Çoxsaylı sənaye parkları, sənaye məhəllələri, texnoloji parklar yaradılıb, aqrar sektorda islahatlar bu sahədəki inkişafa da təkan verib.

Müzəffər Ordumuz sayəsində torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərdə bərpa-quruculuq işləri geniş vüsət alıb. Böyük Qayıdış proqramı uğurla icra olunur.

Ulu Öndərin ideallarına, siyasi irsinə sadiq qalmaqla həyatın bütün sahələrində - iqtisadi, sosial s. kompleks islahatlar həyata keçirilməklə ölkəmizin davamlı inkişafı uğurla təmin edilir.

Hümbət MUSAYEV.