Kür sahilində təmizlik aksiyası
Region

Kür sahilində təmizlik aksiyası

Kür çayının Şirvan şəhərindən keçən hissəsində sahillərin təmizliyi məqsədilə tədbirlər keçirilir. 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşəbbüsü, Şirvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə bu idarənin xidməti ərazisinə daxil olan Kür çayının Şirvan şəhər ərazisindən keçən hissəsində təmizlik aksiyası növbəti tədbirlərdən idi. Şirvan Şəhər İcra Hakimiyyətinin, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Şirvan Şəhər Gənclər və İdman İdarəsinin və digər qurumların iştirak etdiyi aksiya zamanı Kür çayı sahilində uzunluğu 3 kilometr, sahəsi 3500 kvadratmetrlik sahələrə atılmış ümumi həcmi 1430 kiloqram olan məişət tullantıları, xüsusilə də plastik qablar, polietilen torbalar təmizlənərək zərərsizləşdirilməsi üçün şəhər məişət tullantıları poliqonuna daşındı. Ümumilikdə 170 nəfərin iştirak etdiyi aksiyada iştirakçılar arasında bərk məişət tullantılarının düzgün idarə olunması sahəsində zəruri maarifləndirmə işləri aparıl.

Aksiya iştirakçıları Kür çayının digər regionlarından keçən ərazilərdə də təmizlik, səliqə-sahman işlərinin diqqət mərkəzində saxlanılması təşəbbüsü ilə çıxış etdilər.

                                      Tofiq HÜSEYN,

                                    “Respublika”.