Bu günlər Masallı rayonunda ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Bilimdən Zəfərə” layihəsi həyata keçirilib. “YAŞAT” Fondunun, “ASAN” xidmətinin, “İnnovasiyalar” Mərkəzinin, “Bilim Bakı” Mərkəzinin birgə təşkilatçılığı, Masallı Rayon İcra Hakimiyyətinin və “ASAN Könüllüləri” təşkilatının dəstəyi sayəsində reallaşan layihədə məqsəd uşaqların elmə, innovasiyaya və texnologiyaya marağını artırmaqdır.
Layihə çərçivəsində iştirakçılara riyaziyyat, dizayn, təbiət elmləri, texnologiya, astronomiya sahəsində müxtəlif təlimlər, ustad dərsləri keçirilib, maarifləndirici, intellektual oyunlar təşkil olunub və “Bilim şou” nümayiş etdirilib. Eyni zamanda, vətənpərvərlik, Azərbaycan-Türkiyə qardaşlığı mövzusunda müxtəlif musiqilər və səslənib, tamaşa göstərilib.
Bundan əlavə region əhalisi üçün “İnnovasiyalar” Mərkəzi tərəfindən Müstəqil Azərbaycanın yaradıcısı, dünya səviyyəli siyasətçi Ulu Öndərin 100 illiyinə həsr olunmuş müsabiqələr keçirilib.
Zəfər ORUCOĞLU.