Goranboy: Dünənin, bu günün, sabahın partiyası
Region

Goranboy: Dünənin, bu günün, sabahın partiyası

Goranboy YAP rayon təşkilatının 29-cu ildönümü münasibətilə konfrans keçirilib. Tədbir iştirakçıları öncə, ümummilli lider, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər. Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev və digər natiqlər, Yeni Azərbaycan Partiyasının yaranmasını zərurətə çevirən amillərdən, həmin dövrdə ölkəmizdə mövcud olmuş ağır ictimai-siyasi vəziyyətdən bəhs ediblər. Çıxışlarda  vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası öz ətrafında cəmiyyətin bütün təbəqələrindən olan insanları birləşdirib. Bu gün YAP ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu daha da möhkəmləndirir və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə partiyanın uğurları getdikcə daha da artır.

Yeni Azərbaycan Partiyası cəmiyyətimiz üçün yaratdığı çoxsaylı nümunələrdən biri də partiya-lider-xalq birliyidir. Partiya Azərbaycan xalqının milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq bütün təbəqələrini özündə birləşdirir. 1995-ci ildə yaradılan rayon ilk partiya təşkilatı da ötən 29 il ərzində rayonun ictimai siyasi həyatında xüsusi rol oynamışdır. Bu gün YAP rayon təşkilatı 7712 nəfər üzvü öz sıralarında birləşdirir. Tədbirdə Ümumilli Liderimizin əsrarəngiz və çoxşaxəli fəaliyyətini əks etdirən videoçarx izlənilib. Tədbirin sonunda bir qrup YAP fəallarına “Fəxri Fərman”lar və qiymətli hədiyyələr təqdim edilib.

Zabit XƏLİLOV,

“Respublika”.