Araz çayının sahilində təmizlik aksiyası
Region

Araz çayının sahilində təmizlik aksiyası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İmişli rayonunda təmizlik aksiyası keçirilib. Aksiya İmişli rayonunun ərazisindən keçən Araz çayının sahilində baş tutub. Tədbirin keçirilməsində məqsəd – ölkə ərazisində ətraf mühitin məişət və digər tullantılarla çirkləndirilməsinin qarşısının alınması, insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişməklə ekoloji vəziyyətin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaqdan ibarətdir.

Aksiyada toplanmış tulantılar xüsusi nəqliyyat vasitəsi ilə ərazidən uzaqlaşdırılıb. Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

           Ərəstun  ABDULOV,

            “Respublika”.