İdxal-ixrac olunan məhsullarda, istehsal və saxlanma yerlərində fumiqasiya tədbirləri davam etdirilir
İQTİSADİYYAT

İdxal-ixrac olunan məhsullarda, istehsal və saxlanma yerlərində fumiqasiya tədbirləri davam etdirilir

6 iyun Kənd Təsərrüfatı Naziurliyindən verilən məlumatda bildirilir ki, Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərin müraciəti əsasında cari ilin may ayı ərzində Respublika ərazisində 8362.12 ton dənli və paxlalı bitkilərin məhsulları, yemlər, texniki yüklər, qurudulmuş meyvələr və digər materiallar (tütün, pambıq, biyan və digər karantin nəzarətində olan materiallar), 38061.216 m³ meşə materialları (taxta altlıqlar (paletlər), qutular və s), 118942.4 m³ saxlanma yeri, 76 m³ yaş meyvə və tərəvəz, 65000 m² istixana və digər yerlər zərərsizləşdirilmişdir.

Keçirilən Fumiqasiya (zərərsizləşdirmə) tədbirləri nəticəsində ölkə ərazisində, sahibkarlara məxsus istehsal və saxlanma yerlərində fitosanitar vəziyyət sabitləşmiş, idxal olunan məhsullarda zərərvericilərin ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısı alınmışdır.

“Respublika”.