Əzəli yurdumuza dönəcəyik
Digər xəbərlər

Əzəli yurdumuza dönəcəyik

İrəvan Qərbi Azərbaycanın nəinki bütün Qafqazda, hətta Şərq ölkələrində belə ən iri ticarət, elm mədəniyyət mərkəzi, tipik müsəlman şəhəri olmuşdur. Burada 8 məscid tikilmişdir. Əzəmətli Göy məscid Günlüklü məscid son dövrlərə qədər gəlib çatmışdır. Şəhərin bir tərəfi mənbəyini Göyçə gölündən götürən Zəngi çayının sıldırım təpəsi üstündə, o biri tərəfi isə çuxurda yerləşirdi. Ağrı dağı vadisi bura qədər uzanırdı. İrəvan sıx meşə bağlarla əhatə olunurdu.

Dəlmə, Dərə bağları ilə bölgədə məşhur olan şəhərdə təcrübəli bağbanlar yaşayırdı: onlar növ-növ meyvə ağacları, üzüm meynələri əkib-becərirdilər.

İrəvan qədim yaşayış məskəni olsa da, onun şəhər həyatı haqqında XIV-XV əsrlərdə məlumat verilir. Qaraqoyunlu Ağqoyunluların hökmranlığı dövründə İrəvan Çuxursəd vilayətinin inzibati mərkəzi olmuşdur, Əmir Səd (1441) onun övladları, sonra isə Həsən Əli Qaraqoyunlu (1460) xanın hakimiyyəti dövründə İrəvanda olmuş, öz qeydlərində İrəvan qalasından, orada yaşayan əhalinin milli mənsubiyyətindən söhbət açmışlar. Şəhər qalasında 800 evin olduğunu, orada yalnız müsəlmanların yaşadıqlarını bildirən səyyahlardan biri yazmışdır: "Şəhər torpaqlarını cənub-qərbdən axan Qırxbulaq şimal-qərbdən axan Zəngi çayları suvarır. Sərdarın sarayı çox gözəl, möhtəşəm bir imarət idi. İrəvanın başı üzərindən fəlakət qasırğası zaman-zaman ötüb keçmişdir. İran, Osmanlı imperiyası arasında ara-sıra qanlı müharibələr, vilayətin dönə-dönə əldən-ələ keçməsi, talana, soyğunçuluğa, dağıntılara məruz qalması İrəvan şəhərinə ağır zərbələr vurmuşdur".

İrəvan şəhəri, sözün həqiqi mənasında, azərbaycanlıların əzəli doğma yurdu olmuşdur. 1827-ci il oktyabrın 1- rus qoşunları İrəvanı zəbt etdikdən sonra Türkmənçay müqaviləsinə (1828) əsasən İrəvan xanlığı Rusiyaya birləşdiriləndə orada 12 min nəfərlik 2400 ailə yaşayırdı. Bundan yalnız 1500 nəfər şəhər ətrafında məskunlaşan erməni idi. İrəvan xanlığının süqutundan sonra yerli azərbaycanlı ailələrin bir hissəsi doğma yurdlarını tərk etməli olmuşlar.

XX əsrin əvvəllərindən başlayaraq erməni vandalları Qərbi Azərbaycanın bütün ərazilərində qanlı terror hadisələri törətdilər, qırğınların sayı-hesabı olmadı. 1906-1907-ci illərdə İrəvan şəhərində soydaşlarımıza qarşı kütləvi qırğınlar başlandı, xaricdən bura zaman-zaman köçürülmüş ermənilər öz havadarlarının köməyi ilə müsəlman əhalisinə divan tutdular, neçə-neçə azərbaycanlı ailə məcburən öz doğma yurdlarını tərk etdilər.

1918-1920-ci illər İrəvan şəhərinin sakinləri üçün faciəli dövr olmuşdur. Ağır itkilərə, talanlara, soyqırıma məruz qalan soydaşlarımız ata-baba ocaqlarını tərk etməli olmuşlar. Bir müddətdən sonra Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra bir çox ailələr yenidən İrəvana, Zəngi çayının nəğməli sahillərinə qayıtmışlar.

XX əsrin ortalarından başlayaraq, erməni daşnakları İrəvanda azərbaycanlılara qarşı vəhşiliklərini davam etdirdilər. Moskvadakı ermənipərəst qüvvələr xalqımıza qarşı yenidən xəyanət toru hazırladılar. 1948-1953- illərdə İrəvanda yaşayan azərbaycanlı ailələr "könüllülük" pərdəsi altında doğma şəhərlərindən köçürüldü.

Tarixən türk xalqlarına qarşı düşmənçilik mövqeyində dayanan erməni şovinistləri XX əsrin sonlarına yaxın uydurma Qarabağ problemini ortaya ataraq yenidən qızışdılar. Millətçi daşnaklar İrəvanın küçələrində mitinqlərə başladılar. Əsassız tələblər irəli sürür, məcbur edirdilər ki, azərbaycanlılar ata-baba yurdlarını tərk etsinlər. Moskva, xüsusilə Mixail Qorbaçov bu ədalətsizliyə göz yumdu. 1988-ci ilin şaxtalı-çovğunlu günlərində soydaşlarımız son nəfərədək İrəvanı tərk etdi, onların taleyinə qaçqınlıq yazıldı.

Bu gün İrəvanın hər qarışında ucalan abidələr müsəlman əhalisinə məxsusdur.

Hazırda İrəvan məscidinin yalnız günbəzi 8-10 hücrəsi durur, minarələri erməni vandalları tərəfindən uçurulmuşdu. Ermənistan hökuməti İranla müqavilə bağlayıb onu fars məbədi kimi təmir ediblər.

İrəvanda azərbaycanlılara məxsus tarixi abidələri Azərbaycan memarlığından kənarda təsəvvür etmək mümkün deyil. İrəvanın "Təpəbaşı" məhəlləsində tarixən azərbaycanlılar yaşayırdı. Ancaq erməni vandalları 1988-ci ildə azərbaycanlıları ata-baba torpaqlarından zorla qovduqdan sonra "Təpəbaşı" məhəlləsi tamam dağıdılmış, yerində çoxmərtəbəli binalar ucaldılmışdır.

Vurğulamaq lazımdır ki, İrəvan şəhərinin yetişdirdiyi ziyalılar Azərbaycan elminin, mədəniyyətinin inkişafında mühüm rol oynamışlar.

Artıq 35 ildir ki, Qərbi azərbaycanlılar yurd həsrəti ilə yaşayırlar. 24 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin Qərbi Azərbaycanın bir qrup ziyalıları ilə görüşü olmuşdur. Ölkə başçısı əminliklə bildirmişdir ki, 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad olundu, Paşinyan onun sərsəm komandasına ağır zərbələr endirildi. İndi isə əsas hədəf Qərbi Azərbaycana qayıdışdır.

Mən fəxr edirəm ki, irəvanlıyam. İnanıram ki, çox keçmədən ata-baba yurdum İrəvana qayıdacaq, köç karvanları qəribsəmiş yurd yerlərinə dönəcək.

Cabbar CƏLİLOV,

tibb elmləri namizədi, dosent.