Doqquz ay ərzində 571 kilometr uzunluğunda avtomobil yolu yenidən qurulub
Gündəm

Doqquz ay ərzində 571 kilometr uzunluğunda avtomobil yolu yenidən qurulub

Bu ilin 9 ayında, ümumilikdə, 571,8 kilometr uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.

"Respublika" xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi açıqlayıb.

Bunun 296,7 kilometri respublika əhəmiyyətli, 254,1 kilometri yerli əhəmiyyətli, 21 kilometri isə paytaxt yollarıdır.