Diplomatik korpusun nümayəndələri
Sosial həyat

Diplomatik korpusun nümayəndələri "Füzuli Şəhəri Günü" tədbirlərində

Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələrinin "Füzuli Şəhəri Günü" münasibətilə Füzuli şəhərinə səfəri təşkil edilib. 70-ə yaxın diplomat, o cümlədən 30-a yaxın səfir "Şəhər Günü" tədbirləri çərçivəsində açılan sərgilərlə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, mədəniyyət naziri Adil Kərimli, diplomatik korpusun nümayəndələri, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və qonaqlar əvvəlcə dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunmuş "Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!" adlı sərgiyə baxıblar. Sonra "Ümummilli Lider Heydər Əliyev və Füzuli" adlı sərgi nümayiş olunub. Bundan başqa, "Yedditəpə kurqanları" abidəsində aşkarlanmış arxeologiya nümunələrinin sərgisi, "Azərxalça" ASC-nin sərgisi, "100 Tar" adlı kompozisiya da qonaqlar tərəfindən maraqla qarşılanıb.

Daha sonra qonaqlar milli mətbəximizin təamlarından dadıblar.