Beynəlxalq səyyahların gözü ilə
Digər xəbərlər

Beynəlxalq səyyahların gözü ilə

Vətən müharibəsində qazandığımız tarixi qələbə Azərbaycanın sarsılmaz gücünü, hərbi siyasi mövqeyini dünyaya nümayiş etdirdi. 30 illik işğal müddətində ərazilərimiz erməni vandalizminə məruz qalıb. Torpaqlarımızda bütün infrastruktur məhv edilib, mədəni-tarixi abidələr dağıdılıb, ekologiyaya qarşı terror törədilibLakin böyük zəfərimizdən sonra regionda yeni reallıq yaranıb, respublikamızda Qarabağın Şərqi Zəngəzurun bərpasını, inkişafını nəzərdə tutan, keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə ləyaqətli qayıdışını təmin edən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" uğurla icra olunur.

Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarında Böyük Qayıdışın təmin edilməsi məqsədilə tədbirlər görülür sosial infrastruktur formalaşdırılır. Qarabağda həyat canlanmağa başlayır. Sakinlərin rahatlığının təmin edilməsi məqsədilə innovativ texnologiyanın tətbiqi istiqamətində mühüm işlər həyata keçirilir. İqtisadi, sosial ekoloji cəhətdən səmərəli hesab edilən "Ağıllı kənd" "ağıllı şəhər" modeli bunun bariz nümunəsidir. Bu gün Qarabağda innovativ informasiya kommunikasiya texnologiyalarından, süni intellektdən digər qabaqcıl texnologiyalardan geniş istifadə olunur. Eyni zamanda, birgə müəssisələr, klasterlər, texnoparklar, azad iqtisadi zonalar s. yaradılır. Şərqi Zəngəzur iqtisadi rayonu isə əlvan metallurgiyanın inkişafı üçün böyük potensiala malikdir. Rayon həm coğrafi mövqeyinə tarixi abidələrinə görə turistik əhəmiyyət daşıyır. Məlum olduğu kimi, bu ərazidə İstisu, Minkənd kimi mineral bulaqlar meşələr var ki, bu rayonun kurort məqsədləri üçün ideal bir məkan olduğunu təsdiqləyir

Qarabağ Şərqi Zəngəzurda görülən işlər, yenidənqurma layihələri dünyanın diqqət mərkəzindədir. Məhz buna görə dünyanın müxtəlif yerlərindən beynəlxalq səyahətçilər qrupu işğaldan azad olunmuş ərazilərimizə səfər edirlər. Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania Türkiyə Gəzginlər Klubunun geniş tərkibdə heyətlərinin ötən iki ildə 5 dəfə Qarabağ Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Səfərlərin biri 2021-ci ildə, dördü isə 2022-ci ildə olub. Bu il isə İsveçin beynəlxalq səyahətçilər elitasının cəmləşdiyi "Club 100" təşkilatının geniş heyəti işğaldan azad olunmuş Füzuli, Xocavənd, Ağdam Zəngilan rayonlarında olublar. Qeyd edək ki, Zəngilan artıq üç ilə yaxındır yenidən qurulur. Bu günə kimi Ağalı kəndində 86 ailə olmaqla, 420 sakin doğma yurduna qovuşub. Ağalı kəndində 200 evin inşası başa çatdırılıb, uşaq bağçası, məktəb bir neçə inzibati bina inşa edilib. Həmçinin kənddə daha 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin tikilməsi planlaşdırılır. Bundan başqa, Zəngilan şəhərində bir neçə kənddə yaşayış məhəllələrinin digər infrastrukturun təməli qoyulub. Qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərimizin böyük turizm potensialı var. Kəlbəcər dağları, istisu, təbii bulaqlar, Şuşanın tarixiliyini özündə əks etdirən yeni üslubda bərpası digər ərazilərimizdəki turizm potensialı səyyahlar tərəfindən lentə alınıb sosial şəbəkələrdə yayımlanıb. Səyyahların gəlişi həm işğaldan azad olunmuş ərazilərimizin turizm potensialının dünyaya tanıdılması deməkdir.

Beynəlxalq səyahətçilər uzun illər işğal altında qalan torpaqlarımızda dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini mədəni abidələrə baxış keçiriblər. Ermənistan silahlı qüvvələrinin törətdikləri vəhşiliklər, şəhərlərin, kəndlərin xarabalığa çevrilməsi xarici səyyahları dəhşətə gətirib. Onlar həmçinin işğaldan azad olunduqdan sonra torpaqlarımızda Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə yaxından tanış olublar. Xarici qonaqlar həmin ərazilərin işğal zamanındakı vəziyyəti işğaldan azad edildikdən sonra aparılan quruculuq işləri ilə tanış olmaqla, ermənilərin əsl üzünü görüblər. Füzuli rayonunda olan səyyah Stig Lindgren bildirib ki, Qarabağda minaları təmizləmək üçün ANAMA əməkdaşlarının özlərini riskə atmaları böyük fədakarlıqdır. Səyyah qeyd edib ki, Qarabağda gördüklərini, xüsusilə mina ilə bağlı təhlükəni bacardıqları qədər dünya ictimaiyyətinə çatdıracaqlar. Bu baxımdan həmin ərazilərə xarici ölkələrin nümayəndələrinin səfərlərinin təşkil olunması çox əhəmiyyətlidir. Dünya artıq Ermənistanın cinayətkar, vandal üzü ilə tanışdır. Bu səfərlər sayəsində kimin-kim olduğunu hər kəs gördü. Qarabağ Şərqi Zəngəzura mütəmadi olaraq təşkil edilən səfərlər, keçirilən tədbirlər həm rəmzi məna daşıyır. Bu o deməkdir ki, bu ərazilər bizim tarixi, əzəli torpaqlarımızdır.

İşğaldan azad olunan ərazilərimizə beynəlxalq ictimaiyyət nümayəndələrinin, o cümlədən səyyahların səfərlərinin təşkil olunması mühüm əhəmiyyət kəsb edir. Çünki səfər edənlər müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, xarici jurnalistlər, elm, mədəniyyət xadimləri digər nüfuzlu şəxslərdir. Onların səfər zamanı reallıqları öz gözləri ilə görmələri olduqca müsbət haldır. Beləliklə, səyyahlar öz ölkələrinə qayıtdıqdan sonra gördüklərini yazacaq, ictimaiyyətə çatdıracaqlar. Azərbaycan dövləti digər ərazilərimizi ən müasir səviyyədə bərpa etmək əzmindədir bu proses uğurla davam etdirilir. Məhz buna görə işğaldan azad olunan ərazilərimizə beynəlxalq səyahətçilərin gəlişi yüksək qiymətləndirilməlidir.

Nuranə DAXİLQIZI,

"Respublika".