Azərbaycan 
İQTİSADİYYAT

Azərbaycan "Russia  Halal  Expo  2023" sərgisində

Russia Halal Expobeynəlxalq sərgisində iştirak edən Azərbaycanın stendinə məhsullarımız təqdim   olunub, stenddə ölkəmizin biznes  və investisiya imkanları, Qarabağı potensialı barədə məlumat  verilib. 

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində “Russia Halal ExpoSərgisi keçirilir.

Sərgidə İxracın və İnvestisiyaların Təşviqi AgentliyiAZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə Azərbaycan məhsulları vahid ölkə stendində nümayiş olunub. Stenddə sahibkarlar tərəfindən müxtəlif ət və ət məhsulları, narşərab, kompot, mürəbbə, çay və digər məhsul   və xidmətlər  təqdim  edilib.

KOBİA-dan  bildirilir  ki, mayın 19-da Tatarıstanda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi dövlət rəsmilərindən ibarət Azərbaycan nümayəndə heyəti stendlə tanış  olub.

Russia Halal ExpoSərgisi 14-cü “Rusiya – İslam dünyası: Kazan Forumu 2023” Beynəlxalq İqtisadi Forum çərçivəsində təşkil olunub. İki gün davam edəcək sərginin məqsədi MDB və digər ölkələrin istehsalçılarına halal məhsullarını və müxtəlif xidmətləri təqdim etməklə, alıcı və satıcılara yeni satış bazarları və  etibarlı  təchizatçı  tapmaqda  dəstək      olmaqdır.  

 

Nəriman  CAVADOV,

“Respublika”.