Azərbaycanın yunan-Roma güləşçiləri reytinq turnirində mübarizəyə başlayırlar
İdman

Azərbaycanın yunan-Roma güləşçiləri reytinq turnirində mübarizəyə başlayırlar

Bu gün Azərbaycanın yunan-Roma güləşçiləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində mübarizəyə başlayacaqlar.

"Respublika" xəbər verir ki, yarışın üçüncü günündə yığmanın iki üzvü xalça üzərinə çıxacaq.

Murad Məmmədov (63 kiloqram) macarıstanlı Levente Totu, Beka Kandelaki (130 kiloqram) türkiyəli Rza Kayaalpı sınağa çəkəcək.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycanın sərbəst güləşçilərindən Maqomedxan Maqomedov (97 kiloqram) gümüş, Hacı Əliyev (65 kiloqram) isə bürünc medal qazanıb. Milli komanda iyunun 9-dək davam edəcək reytinq turnirində 14 güləşçi ilə təmsil olunur.