Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının Olimpiadaya lisenziyası təsdiqlənib
İdman

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının Olimpiadaya lisenziyası təsdiqlənib

Beynəlxalq Gimnastika Federasiyası Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziyasını təsdiqləyib.

Azərbaycan Gimnastika Federasiyasından "Respublika"-ya verilən məlumata görə, yığma bu uğura Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa çempionatında nail olub.

Ləman Əlimuradova, Kamilə Əliyeva, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Zeynəb Hümmətova və Darya Sorokinadan ibarət kollektiv çoxnövçülük proqramında (5 halqa; 3 lent və 2 top) 70,200 xal toplayaraq siyahıda lisenziyanı daha öncədən təmin etmiş Bolqarıstan, İtaliya və İspaniya komandalarından sonra 4-cü yerdə qərarlaşıb.

Bu, Azərbaycanın gimnastika millisinin Paris Olimpiadasına əldə etdiyi 3-cü vəsiqə olub. Buna qədər bədii gimnastika üzrə fərdi proqramda çıxış edən Zöhrə Ağamirova və batut gimnastikası üzrə təmsilçimiz Selcan Mahsudova eyni nailiyyətə imza atıb.