Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib
İdman

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kuboku davam edir.

"Respublika" xəbər verir ki, kişilər və qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma növündə final yarışları keçirilib.

Bu növdə Çini təmsil edən Yu Xie qızıl medal qazanıb. Ötən il Bakıda keçirilən mundialda dünya çempionu adına yiyələnən asiyalı atlet həlledici mərhələdə almaniyalı Robin Valteri üstələyib. Çinin digər təmsilçisi Boven Zhanq isə üçüncü yeri tutub.

Eyni növdə qadınların mübarizəsində Fransanı təmsil edən Kamille Yedrjeyesvki Çin və Koreyadan olan güclü rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Koreyalı Yeji Kim gümüş, Çindən olan Ranxin Jianq bürünc mükafatla kifayətlənib.

Qeyd edək ki, Dünya Kubokunda 80-dən çox ölkənin 400-dən artıq idmançısı mübarizə aparır. Turnirə mayın 12-də yekun vurulacaq.