Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var
RƏSMİ

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bizim energetika sahəsində çox böyük planlarımız var. Artıq qeyd olunduğu kimi, burada 280 meqavat gücündə iki su elektrik stansiyasının inşası nəzərdə tutulur.

"Respublika" xəbər verir ki, bu barədə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, enerji güclərinin də bərabər bölünməsi hər iki ölkəyə (Azərbaycana və İrana – red.) əlavə fayda verəcək.