“Anadolu Agentliyi”: “Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” təsdiq edilib
Diaspora

“Anadolu Agentliyi”: “Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu” təsdiq edilib

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Fərman imzalayıb. Bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Prezident İlham Əliyev Anlaşma Memorandumunun müddəalarının yerinə yetirilməsini təmin etmək məqsədilə  Elm və Təhsil, Xarici İşlər nazirliklərinə  Memorandumun qüvvəyə minməsi üçün zəruri olan daxili prosedurların başa çatdığı barədə Türkiyə Respublikası Hökumətinə məlumat verməyi tapşırıb.

Musa BAĞIRLI,

“Respublika”.