“Future Flow Life”: Azərbaycan və Çin günəş enerjisi sahəsində əməkdaşlıq edir
Diaspora

“Future Flow Life”: Azərbaycan və Çin günəş enerjisi sahəsində əməkdaşlıq edir

“Future Flow Life” xəbər verir ki, Azərbaycan və Çin “yaşıl enerji” sahəsində əməkdaşlıq edərək, günəş enerjisi layihələrində mühüm addım atıblar. Son illər Azərbaycan qeyri-neft iqtisadiyyatını inkişaf etdirməklə iqtisadiyyatın şaxələndirilməsini hədəfləyir. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin xəbər agentliyinə müsahibəsində ölkədə günəş elektrik stansiyalarının əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu inkişaf Çin və Azərbaycan arasında “yaşıl enerji” sahəsində əməkdaşlığın kritik mərhələsidir. Hacıyevin müsahibəsində davamlı inkişaf üzrə ekspert Qayser Navab da yer alıb. O, Azərbaycanın davamlı inkişaf gündəliyinin irəliləyişində günəş elektrik stansiyalarının əsas rolunu vurğulayıb. Navab açıqlayıb ki, Çin və Azərbaycan arasında “yaşıl enerji” sahəsində əməkdaşlıq qarşılıqlı fayda, o cümlədən bərpaolunan enerji infrastrukturuna sərmayə qoyuluşudur.

O bildirib ki, bütün bunlar Azərbaycanın karbon izini azaltmaqla yanaşı, enerji təhlükəsizliyini də gücləndirir, iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səyləri dəstəkləyir. Həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyini təmin edən, neft və təbii qazını bir çox Avropa ölkələrinə ixrac edən ölkə kimi tanındığını da deyib.

Bu əməkdaşlıq Azərbaycanın davamlı inkişaf məqsədlərinə töhfə verməklə yanaşı, yaşıl gələcəyə keçiddə birgə fəaliyyətin vacibliyini ön plana çıxarır.

Töhfə SƏMƏDOVA,

“Respublika”.