“East Fruit”: Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
Diaspora

“East Fruit”: Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir

“East Fruit” yazır ki, Azərbaycan və Türkiyə arasında kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə Anlaşma Memorandumu imzalanıb. Sənəd iki ölkənin kənd təsərrüfatı nazirləri İbrahim Yumaqlı və Məcnun Məmmədov arasında Ankarada keçirilən görüşdən sonra imzalanıb. “Ölkələrimiz arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsi artmaqda davam edir. 2012-ci ildən bəri ticarət həcmi təxminən 87 faiz artıb. Biz buna çox sevinirik. Ümid edirik ki, bu tendensiya gələcəkdə də davam edəcək”, - İ.Yumaqlı deyib. Türkiyəli nazir imzalanmış memorandumun ikitərəfli əlaqələrin daha da inkişaf etməsinə töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib. Öz növbəsində M.Məmmədov Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəm təməllər üzərində qurulduğunu deyib. Nazir digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığın gündən-günə inkişaf etməsindən məmnun olduğunu bildirib.

Nurcan SÜLEYMANOVA,

“Respublika”.