ANKASAM: Beynəlxalq Valyuta Fondu Azərbaycana dəstək verməyə hazırdır
Diaspora

ANKASAM: Beynəlxalq Valyuta Fondu Azərbaycana dəstək verməyə hazırdır

Türkiyə mediası bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin və ölkəmizin Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin əməkdaşlarının da daxil olduğu nümayəndə heyəti Vaşinqtona səfəri çərçivəsində Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva ilə görüşüb.

Görüşdə Samir Şərifov Azərbaycan Prezidenti İlham Əliyevin yenidən BVF-nin idarəedici direktoru seçilməsi münasibətilə Kristalina Georgiyevaya təbrikini çatdırıb. Kristalina Georgiyeva BVF-nin COP29-a ev sahibliyi etməkdə Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib. Tərəflər BVF ilə əlaqələr, o cümlədən COP29 çərçivəsində mümkün əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Nurlan ABDALOV,

“Respublika”.