Digər xəbərlər

"AKINCI" silahlı PUA-nın istismarı kursunu bitirən hərbçilərimizə sertifikatlar təqdim edilib

Türkiyə müdafiə sənayesindəki uğurları, pilotlu pilotsuz uçuş aparatları ilə regionda qürur mənbəyinə çevrilib. Bu uğurlar fonunda "AKINCI" pilotsuz hücum aparatının, Türk Silahlı Qüvvələrinin hərbi arsenalı sırasına daxil olması xüsusi olaraq qeyd edilməlidir.

Türkiyə ilə Azərbaycan arasında imzalanmış "Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında" müqaviləyə əsasən, Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu ötən ildən etibarən Tekirdağ şəhərində yerləşən Çorlu Uçuş Təlim Mərkəzində "AKINCI silahlı pilotsuz uçuş aparatının istismarı kursu"nda iştirak edirlər. Bununla bağlı Çorlu Uçuş Təlim Mərkəzində Türkiyənin Baykar Müdafiə Sənayesi şirkəti tərəfindən təşkil edilmiş "AKINCI silahlı pilotsuz uçuş aparatını "idarəetmə kursu"nun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.

Mərasimi Baykar şirkətinin rəsmiləri, ictimaiyyət nümayəndələri kursun müəllim heyəti ilə bərabər Türkiyə Respublikası Baykar Müdafiə Sənayesi şirkətinin texniki direktoru Səlcuq Bayraktar, Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Türkiyə Respublikasındakı hərbi attaşesi polkovnik Müşfiq Məmmədovun iştirakı ilə keçirilib. Kursun məzunlarına səmimi arzularını çatdıran Səlcuq Bayraktar, BAYKAR Müdafiə Sənayesi şirkətinin texnologiya innovasiya sahəsində gördüyü işlərdən danışıb silahlı pilotsuz uçuş aparatlarının döyüş meydanlarında həlledici rolunu diqqətə çatdırıb. Baş konsul Nərminə Mustafayeva isə artıq beynəlxalq aləmdə türk dünyasının səmalarının müdafiəçisi kimi tanınan dünyanın qabaqcıl ölkələrinin maraq göstərdiyi Bayraktar silahlı pilotsuz uçuş aparatının İkinci Qarabağ savaşındakı əvəzsiz rolundan bəhs edib. Baş konsul, Baykar Müdafiə Sənayesi şirkətinin istehsalı olan "AKINCI" Silahlı Pilotsuz Uçuş Aparatının istismarı kursunu müxtəlif ixtisaslar üzrə müvəffəqiyyətlə bitirən hərbi qulluqçularımızı təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirin sonunda kursu müvəffəqiyyətlə bitirən türkiyəli məzunlarla bərabər, Azərbaycan Qırğızıstanı təmsil edən məzunlara da sertifikatlar təqdim edilib.

Onu da qeyd edək ki, "AKINCI" pilotsuz hücum aparatı 24 saat havada qala 1,6 ton yük daşıya bilir. "AKINCI" havadan-havaya raketlərlə təchiz olunub bu, onun döyüş təyyarələrinə qarşı da mübarizədə istifadə edilməsinə imkan verir. Özünəməxsus bükülmüş qanad quruluşu ilə 20 metrlik qanad genişliyinə çox sayda döyüş sursat stansiyasına sahib olan bu aparat 9144 metr yüksəklikdə 24 saat havada qala bilir.

 "AKINCI" kifayət qədər geniş rayonlarda uzun müddət davam edən vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulan populyarlığı getdikcə artan HALE (High Altitude Long Endurance - Böyük Yüksəklikdə Uzun Müddət) sinfinə aiddir. Buna səbəb kimi, onların ölçüləri ilə bərabər, həm fəaliyyət radiusunun, uçuş yüksəkliyinin, həm daşıdığı faydalı yükün kütləsinin hardasa pilotlu hərbi təyyarələrin göstəricilərinə yaxınlaşması göstərilir. HALE sinfindən olan PUA-lar dünyanın yalnız 4 ölkəsi tərəfindən istehsal edilir ki, onlardan biri Türkiyədir.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.