AĞALIDA GƏNCLƏRLƏ GÖRÜŞ
Region

AĞALIDA GƏNCLƏRLƏ GÖRÜŞ

Tədbirdə YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə bildirib ki, respublikamızda təhsil sisteminin müasir dünya standartlarına uyğunlaşdırılması Heydər Əliyev siyasətinin əsas istiqaməti idi.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin məsul əməkdaşı Aqil Qurbanov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən söz açaraq deyib ki, Ulu Öndərimiz "Təhsil millətin gələcəyidir" deyirdisə, bu yolu davam etdirən ölkə rəhbəri cənab İlham Əliyev də təhsilə "Azərbaycanın gələcəyini müəyyən edən prioritet sahə" kimi yüksək dəyər verərək iqtisadi potensialın insan kapitalına çevrilməsini bir vəzifə olaraq qarşıya qoyur.

YAP Mərkəzi Aparatının təşkilat şöbəsinin baş məsləhətçisi Elmar Məmmədov bildirib ki, Ulu Öndər Heydər Əliyevin milli təhsilin inkişafına göstərdiyi qayğı və diqqət özünəməxsusluğu ilə seçilir.

"Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları İB" idarə heyətinin sədri və "Böyük Qayıdış" MMC-nin təsisçisi və direktoru Emin Əliyev, Zəngilan RİH-in məsul əməkdaşı İman Məmmədov və Ağalı kənd tam orta məktəbin direktoru Nərmin Həsənova qeyd ediblər ki, müasir təhsil sistemi üçün yaradılan şəraitin nəticəsində hər il ali məktəblərə qəbul imtahanlarında yüksək nailiyyətlər qazanılır.

Sonda yüksək balla ali məktəblərə qəbul olunan gənclərə hədiyyələr təqdim edilib.

M.NƏRİMANOĞLU,

"Respublika".