Narkomaniyaya qarşı mübarizədə maarifləndirmə tədbiri
Region

Narkomaniyaya qarşı mübarizədə maarifləndirmə tədbiri

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının və partiyanın Şamaxı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox de, sağlam həyat tərzini seç!” mövzusunda tədbir keçirilib.

Tədbirdə Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarını təmsil edən gənclər əvvəlcə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasını ziyarət ediblər.

YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı,  Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, RİH başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın sədri Hikmət Şikarov və digər aidiyyəti qurumların rəhbərlərimüntəzəm olaraq maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıblar.

 Qeyd ediblər ki, narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, sağlam gəncliyin yetişməsində ən vacib amillərdən biridir. Gənclərin zərərli vərdişlərdən uzaq olması üçün maarifləndirmə tədbirləri davamlı xarakter daşımalıdır.

M.NƏRİMANOĞLU,

“Respublika”.