ABŞ-ın 38 şəhərində rekord isti qeydə alınıb
Dünya xəbərləri

ABŞ-ın 38 şəhərində rekord isti qeydə alınıb

Birləşmiş Ştatların əksər yerlərində isti rekord həddə çatıb. 

"Respublika" xəbər verir ki, bu barədə ABŞ-ın Milli Hava Xidməti açıqlama verib. Bildirilib ki, iyunun 16-da ölkənin 38 şəhərində rekord isti qeydə alınıb. 

Ötən gün Las-Veqasda temperatur 47,2 dərəcəyə çatıb. Kaliforniyanın Ölüm Vadisində termometrin şkalası 53,9 dərəcəni göstərib. ABŞ-ın cənub-qərb ştatı Arizonada isə son 20 gün ərzində temperatur 43 dərəcədən aşağı düşməyib. 

Səlahiyyətlilər həssas insanların, o cümlədən uşaqlar, hamilə qadınlar və qocaların ciddi risk altında olduğuna dair xəbərdarlıq edərək zəruri olmadığı halda evdən çıxmamağı tövsiyə ediblər. 

Jalə QASIMZADƏ, 

"Respublika".