“Yaponiya Hava Yolları”na məxsus təyyarə yanıb
Dünya xəbərləri

“Yaponiya Hava Yolları”na məxsus təyyarə yanıb

Tokionun “Haneda” beynəlxalq hava limanında “Yaponiya Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarə yanıb.

"Respublika" Yaponiya mediasına istinadla xəbər verir ki, ölkənin Hokkaydo adasından Tokioya gələn “Airbus A350” tipli təyyarə yerli vaxtla saat 16:00 radələrində uçuş zolağına endikdən sonra Yaponiyanın sahil mühafizə bölmələrinə məxsus təyyarə ilə toqquşub.

Dərhal hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub. Təyyarədə olan 379 sərnişin və heyət üzvləri təxliyə edilib. 

Hazırda yağınsöndürənlər alovu nəzarət altına almağa çalışır.