Avro-2024: Bu gün 1/4 final mərhələsinin növbəti iştirakçıları bəlli olacaq
İdman

Avro-2024: Bu gün 1/4 final mərhələsinin növbəti iştirakçıları bəlli olacaq

Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatında bu gün 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.

"Respublika" xəbər verir ki, günün ilk qarşılaşması Fransa və Belçika yığmaları arasında olacaq. Düsseldorf şəhərində yerləşən “Esprit Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Günün ikinci matçında Portuqaliya Sloveniyanı sınağa çəkəcək. “Frankfurt Arena”da baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.