İdman

"Torino"nun futbolçusu Rusiya klubu ilə razılığa gəlib

İtaliyanın "Torino" klubunun yarımmüdafiəçisi İvan İliç "Zenit"lə razılığa gəlib.

"Respublika" "Transfermarkt"a istinadən xəbər verir ki, transferin məbləği 25 milyon avro olacaq ki, bunun 3 milyon avrosunu Rusiya klubu futbolçuya bonus kimi ödəyəcək.

"Torino" klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq İ.İliçin dəyərini "Transfermarkt" portalı 18 milyon avro qiymətləndirir. 23 yaşlı yarımmüdafiəçi 2023-cü ilin yayında 16,5 milyon avroya "Verona" klubundan "Torino"ya keçib.

Qeyd edək ki, yarımmüdafiəçi 2023/2024 mövsümündə meydana çıxdığı 36 matçda 4 qola, 3 məhsuldar ötürməyə imza atıb. Serbiya millisinin üzvü Almaniyada təşkil olunan Avropa çempionatında 3 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.