İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

İdmançılarımız birinci olublar

Almaniyanın Dortmund şəhərində keçirilən "ISAS-2024" beynəlxalq turnirində iştirak edən güllə atıcıları Leyli Əliyeva və Vladislav Kalmıkov qızıl medal qazanıblar. Gənclərdən ibarət qarışıq komanda şəklində çıxış edən idmançılarımız 10 metr məsafəyə pnevmatik tapançadan güllə atma yarışında fəxri kürsüyə qalxıblar.

Gimnastımız Yay Olimpiya Oyunlarına lisenziya əldə edib

Batut gimnastikası üzrə Azərbaycan milli komandasının üzvü Selcan Mahsudova "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Azərbaycanın gimnastika tarixində batut gimnastikası üzrə qazanılan ilk lisenziya ilə millimizin Fransanın paytaxtına qazandığı vəsiqələrin sayı 2-yə yüksəlib. Daha öncə bədii gimnastımız Zöhrə Ağamirova da "Paris-2024"ə lisenziya əldə etmişdi.

Nərgiz İSMAYILOVA,

"Respublika".