Azərbaycanda istehsal edilən sənaye məhsulunun dəyəri açıqlanıb
İqtisadiyyat

Azərbaycanda istehsal edilən sənaye məhsulunun dəyəri açıqlanıb

Cari ilin yanvar-aprel aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 21,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən "Respublika" ya bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 8,7 faiz artıb.

Sənaye məhsulunun 64,6 faizi mədənçıxarma sektorunda, 29,3 faizi emal sektorunda, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,7 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 4,3 faiz artıb.

Emal sektorunda metallurgiya sənayesi məhsullarının istehsalı 55 faiz, tikinti materiallarının istehsalı 44,6 faiz, mebel istehsalı 36,4 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 31,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 30,5 faiz, içkilərin istehsalı 27,5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 25,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 22,5 faiz, tütün məmulatlarının istehsalı 19,2 faiz, geyim istehsalı 19,1 faiz, elektrik avadanlıqlarının istehsalı 17,7 faiz, hazır metal məmulatlarının istehsalı 12,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,6 faiz, əczaçılıq məhsullarının istehsalı 6,4 faiz, neft məhsullarının istehsalı 5,3 faiz, qida məhsullarının istehsalı 0,7 faiz, kağız və karton istehsalı 0,4 faiz artıb, toxuculuq sənayesi məhsullarının istehsalı 8,6 faiz, poliqrafiya məhsullarının istehsalı 8,6 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 11,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 13,9 faiz, maşın və avadanlıqların istehsalı 16,8 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 27,3 faiz, sair sənaye məhsullarının istehsalı isə 59,8 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 4,6 faiz azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,2 faiz artım qeydə alınıb.