Aİ səfiri Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası istiqamətində irəliləyişi alqışlayıb
Gündəm

Aİ səfiri Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası istiqamətində irəliləyişi alqışlayıb

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında sülh prosesinin davam etdirilməsini yüksək qiymətləndirir və həmçinin ölkələr arasında sərhədlərin delimitasiyası istiqamətində irəliləyişləri görməkdən məmnundur.

"Respublika" xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə jurnalistlərlə görüşündə deyib.

Səfir xatırladıb ki, Aİ Bakı ilə İrəvan arasında sülh prosesinin və danışıqların dəstəklənməsi prosesində iştirak edib:

“Biz görürük ki, sülh sazişi üzrə danışıqlar davam edir, sərhədlərin delimitasiyası prosesi də gedir”.

O, Aİ-nin Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləməyə davam etməyə hazır olduğunu bildirib.