Eldar Əzizov: Son 20 ildə Bakıda çoxlu yaşayış kompleksləri, hotellər tikilib, xəstəxanaların sayı 2 dəfə artırılıb
Gündəm

Eldar Əzizov: Son 20 ildə Bakıda çoxlu yaşayış kompleksləri, hotellər tikilib, xəstəxanaların sayı 2 dəfə artırılıb

Bakı keyfiyyətcə dəyişib, dinamik inkişaf edir və bu gün dünyada fərqlənən brendə çevrilib.

"Respublika" xəbər verir ki, bunu dövlət başçısı İlham Əliyevin birinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi münasibətilə Bakıda keçirilən “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda konfransda çıxışı zamanı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O qeyd edib ki, son 20 ildə şəhərdə çoxlu yaşayış kompleksləri, hotellər tikilib, xəstəxanaların sayı 2 dəfə artırılıb:

“Bu gün Bakı dünyanın ən tanınmış turizm mərkəzlərindən birinə çevrilib”.

Bakının inkişaf edərək gözəlləşdiyini, müxtəlif layihələr icra olunduğunu bildirən E.Əzizov vurğulayıb ki, Prezidentin siyasəti nəticəsində insanların yaşayış səviyyəsi yüksəlib. “İnsanlar artıq şəhərə qayğı ilə yanaşırlar”, – deyə o bildirib.