Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı
Gündəm

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı

Hərbçilər arasında Güləş üzrə 36-cı dünya çempionatının təşkilat komitəsinin rəhbərliyi Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 27 noyabr – 3 dekabr tarixlərində “Sərhədçi” İdman Mərkəzində keçiriləcək yarışlarda iştirak edəcək idmançıların hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə Azərbaycan nümayəndə heyəti ilə görüşüb.

"Respublika" xəbər verir ki, görüş zamanı Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Silahlı Qüvvələrdə hərbiçilərin fiziki hazırlıq və idman sahəsinə göstərilən yüksək diqqət və qayğı nəticəsində hərbi qulluqçuların beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etməsi və yeni-yeni uğurlara nail olması xüsusi vurğulanıb.

Dünya çempionatının ölkəmizdə keçirilməsinin məsuliyyəti və əhəmiyyəti xatırladılıb, ölkəmizi təmsil edəcək idmançıların siyahısı təqdim edilib.

Sonda qalib ölkənin idmançılarına keçiriləcək yarışlarda müvəfəqiyyətlər və uğurlar arzulanıb.