AZƏRBAYCAN DÜNYA MEDİASINDA
Diaspora

AZƏRBAYCAN DÜNYA MEDİASINDA

“Vedmosti”: Qarabağın erməni sakinlərinin reinteqrasiyası üçün portal yaradılıb

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli üzrə İşçi qrupa həmin şəxslərin hüquqi statusunun müəyyən olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.

"Vedomosti" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezident Administrasiyası məlumat yayıb.

Bildirilib ki, bu fəaliyyət çərçivəsində ilkin mərhələdə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin qeydiyyatının aparılması nəzərdə tutulur.

“Vestnik Kafkaza”: Azərbaycan və Çin birgə avtobus istehsalı haq qında düşünür

Azərbaycanın Rəqəmsal İnkişaf Nazirliyinin rəhbəri Çinə səfər edib. Səfər zamanı nazir yerli sahibkarlarla elektriklə işləyən avtobusların birgə istehsalının mümkünlüyü barədə danışıb.

Azərbaycan və Çin elektrobuslar istehsal edən müəssisələrin yaradılması imkanlarını müzakirə edirlər.

Bu barədə Çinə səfərindən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev sosial şəbəkələrdəki səhifələrində məlumat verib.

Rəşad Nəbiyev qeyd edib ki, yerli şirkətlərin nümayəndələri ilə görüşündə bu məsələ əsas müzakirə mövzusu olub.

"Hürriyet": Ərazi bütövlüyü sülhün əsas şərtlərindəndir

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclasından sonra verilən açıqlamada bildirilib ki, Cənubi Qafqazda möhkəm sülh yolunun bərqərar olması Azərbaycanın ərazi bütövlüyündən keçir. Bu barədə "Hürriyet" nəşri məlumat yayıb.

Paylaşılan xəbərdə qeyd olunub ki, sentyabrın 29-da Beştəpədə toplanan Milli Təhlükəsizlik Şurasının toplantıdan sonra yaydığı yazılı bəyanatında aşağıdakı ifadələr yer alıb:

"Sülhə aparan yol Azərbaycanın ərazi bütövlüyündən keçir: bütün tərəflərə, xüsusən Ermənistana xatırladılıb ki, Cənubi Qafqazda möhkəm sülhə aparan yol yalnız Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin qeyd-şərtsiz bərqərar olması və regionumuzun bütün ölkələrinin çiçəklənməsinə kömək edəcək öhdəliklərin yerinə yetirilməsi ilə açıla bilər".

"The Jerusalem Post": Azərbaycanı tərk etməyə heç kəs məcbur edilmir 

İsrail media agentliyi "The Jerusalem Post" saytı Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədovla müsahibəsində Bakının hazırkı vəziyyətə necə baxdığını işıqlandırıb. Xəbərdə lokal antiterror tədbirlərdən sonra sülh müqaviləsinin imzalanması üçün ümidlərin olduğu qeyd edilib. Burada, həmçinin hazırkı vəziyyət və Zəngəzur dəhlizi haqqında müzakirələr yer alıb.

"Daily sabah": Cənubi Qafqazdakı geosiyasi mənzərə

Azərbaycan-Türkiyə münasibətləri, xüsusən Zəngəzur dəhlizinin açılacağı təqdirdə, Mərkəzi Asiyaya təsir göstərə biləcək enerji layihələri vasitəsilə İkinci Qarabağ müharibəsindən sonrakı regional mənzərədə əsas hədəf kimi ortaya çıxır.

Bu barədə "Daily sabah" xəbər saytı məlumat yayıb. Qarabağ zəfəri regiona yeni dinamika gətirdi. İkinci Qarabağ müharibəsindən sonrakı geosiyasətdə diqqətçəkən cəhətlərdən biri Türkiyə-Azərbaycan tərəfdaşlığının strateji inteqrasiyaya çevrilməsidir. İndiki məqamda ən aktual məsələ Ermənistanın daxili siyasətindəki potensial inkişafdır, burada Qarabağ məğlubiyyətindən sonra millətçi diskursun yenidən mobilləşdirilməsi Ermənistanın yeni vəziyyətə uyğunlaşmasının qarşısını ala və sülh prosesini uzada bilər. İranın hərəkətləri və mövqeyi Qarabağdan sonrakı geosiyasətdə də qeyri-müəyyənlik yaradır. Zəngəzur dəhlizinin yaradılması səyləri İranın regiondakı iqtisadi təsirini sarsıda və iqtisadi itkilərlə nəticələnə bilər. Yekun olaraq qeyd edək ki, Qarabağdan sonrakı geosiyasət regional dinamikanı yenidən formalaşdırır, bütün regional ak

torları inkişaf edən mənzərəyə cavab olaraq mövqelərini yenidən kalibrləməyə məcbur edir.