Qanvermə aksiyası
Region

Qanvermə aksiyası

B.Eyvazov adına Elmi-Tədqiqat Hemetologiya və Transfiziologiya İnstitunun nəzdindəki Mərkəzi Qan Bankının səyyar həkim briqadası tərəfindən Qax rayonunda növbəti qanvermə aksiyası keçirilib.

Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən aksiyada yerli idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyatın nümayəndələri fəal iştirak ediblər. Hər bir donorun sağlamlığı aksiyadan əvvəl yoxlanılıb və müayinə nəticəsində səhhəti imkan verən şəxslərdən qan götürülüb.

Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların   müalicəsində   istifadə    olunacaq.

“Respublika”.