Dostluq, qardaşlıq və həmrəylik süfrəsi
Region

Dostluq, qardaşlıq və həmrəylik süfrəsi

Samux Rayon İcra Hakimiyyətinin təşkil etdiyi iftar süfrəsində rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri və aztəminatlı ailələr iştirak edib. İftar süfrəsi Samux rayonunun Qarayeri qəsəbəsindəki Çinar şadlıq sarayında açılıb. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibəti ilə iştirakçıları təbrik edib. Azərbaycanda və eləcə də Samux rayonunda açılan iftar süfrələrinin ölkəmizdəki ənənəvi tolerantlığı nümayiş etdirdiyini bildirib. Ölkəmizdə sabitlik, davamlı inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də uğurla davam etdirdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycanda tolerantlıq ənənələri daha da möhkəmlənir, ölkəmizdə məscid və dini ibadət yerləri inşa edilir.

İftarda “Qurani-Kərim”dən ayələr oxunub, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilib.

Zabit XƏLİLOV,

“Respublika”.