Azərbaycan vətəndaşları Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyini dəstəkləyir
Digər xəbərlər

Azərbaycan vətəndaşları Rəcəb Tayyib Ərdoğanın prezidentliyə namizədliyini dəstəkləyir

Azərbaycan-Türkiyə münasibətləri gündən-günə inkişaf edir. Qarşılıqlı əlaqələrimiz artıq müttəfiqlik səviyyəsinə yüksəlib. Tarixi ənənələrə söykənən ölkələrimiz bu gün çətin xoş günlərdə bir-birinin yanındadır. Mayın 14- Türkiyədə keçiriləcək prezident seçkiləri Azərbaycanda da marağa səbəb olub. Cəmiyyətin müxtəlif təbəqələrinin üzvlərinin seçki ilə bağlı fikir mülahizələrini oxuculara təqdim edirik:

 

İsmayıl Hüseynov: Cənab Ərdoğan dönəmində Türkiyə Cümhuriyyət tarixinin ən güclü inkişaf mərhələsini yaşayıb. Məhz Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində qardaş ölkə iqtisadiyyat, səhiyyə, turizm ağır sənaye sahəsində sürətlə inkişaf etmişdir. Misal olaraq qeyd edə bilərəm ki, İstanbulda inşa edilən yeni hava limanı Avropanın ən böyük hava limanıdır. Hazırkı iqtidarın hakimiyyəti dövründə inşa edilən çoxsaylı xəstəxanalar Türkiyənin pandemiya ilə mübarizəsində əsaslı rol oynadı. Həmçinin müdafiə sənayesində müasir texnologiya ilə ayaqlaşan İHA SİHA-nın hansı gücə malik olmasını bütün dünya bilir. Terror təşkilatları ilə mübarizədə Ərdoğanın müstəsna xidmətləri var. Qərbin qarşı çıxmasına rəğmən ölkə hüdudlarından kənarda belə PKK-YPG terror qruplaşmalarının zərərsizləşdirilməsi məqsədilə çoxsaylı əməliyyatlar keçirilib. Əsas məsələlərdən biri Rusiya-Ukrayna müharibəsinin, dünyada taxıl böhranının həll olunmasında cənab Ərdoğanın aparıcı rol oynamasıdır. Siyahını daha çox uzada bilərəm. Sadalaya biləcəyim kifayət qədər dəlil var ki, Ərdoğanın Türkiyə üçün əvəzolunmaz lider olduğunu təsdiqləyə bilib.

 

Mikayıl Mirzəzadə: Türkiyə bizim qonşumuz olmaqla yanaşı, həm can qardaşımızdır. Bu gün Türkiyədə baş verən ictimai-siyasi proseslər birbaşa ölkənin perspektivinə, inkişafına yönəlmişdir. Bütün bunların başında Prezident Rəcəb Tayyib Ərdoğan durur. Ərdoğanın gördüyü işləri, islahatları, həmçinin fevral ayındakı dəhşətli zəlzələnin yaratdığı problemlərin aradan qaldırılması istiqamətindəki fəaliyyətini hamı çox yaxşı bilir. Düşünürəm ki, Ərdoğan yenidən Prezident seçiləcəyi təqdirdə, ölkədə siyasi sabitlik sosial rifah daha da yüksələcək. Lakin Türkiyədə hakimiyyətə qarşı bəzi qüvvələr var ki, onlar yalnız ölkənin adının qlobal səviyyədə yanlış tanıdılmasıyla məşğuldur. Ərdoğanın yenidən prezident seçilməsi zənnimcə, ölkənin yad ünsürlərdən təmizlənməsinə gətirib çıxaracaq. Bundan savayı, Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı göstərdiyi qardaşlıq nümunəsi bütün dünya üçün böyük əhəmiyyət kəsb edən əsas amildir. Həmçinin onun "Böyük Turan" ideologiyası türk dövlətlərinin gələcəyini təmin edən əsas vasitə olacaq. Sözügedən birliyin yaranması, formalaşması birbaşa xarici müdaxilələrin savaşların qarşısını kökündən alacaq torpaqlarımızda gözü olan toplumların arzusunu puç edəcək.

 

İsmayıl Nəcəfov: Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti dövründə Türkiyədə mühüm irəliləyişlər baş verib. Ərdoğanın hakimiyyətə gəldiyi 2002-ci ildən etibarən Türkiyə iqtisadiyyatı əhəmiyyətli dərəcədə inkişaf edib. Ölkənin hər yerində müasir xəstəxanalar tikilib, səhiyyə xidmətləri genişlənib, eyni zamanda xarici siyasətdə ciddi dəyişikliklər baş verib. Türkiyə Yaxın Şərq, Afrika Balkanlarda təsirli bir dövlətə çevrilib regional sülh sabitliyə töhfələr verib. Mən Ərdoğanı dəstəkləyir növbəti prezident seçkilərində onu qalib görmək istəyirəm.

 

Fəridə İmanzadə: Türkiyə hazırda məsuliyyətli dövrdən keçir. Ölkədə fevral ayında baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması üçün ciddi işlər görülür. Rəcəb Tayyib Ərdoğanın böhran vəziyyətlərini idarə etməklə bağlı təcrübəsi var. Odur ki, seçkilərdə Ərdoğanın qələbə qazanması Türkiyə iqtisadiyyatının dirçəldilməsi üçün çox vacibdir. Həm siyasi nüfuzu, həm təcrübəsi, həm türk dünyasına olan təəssübkeşliyi səbəbindən Rəcəb Tayyib Ərdoğanın mayın 14- keçirilən səsvermədən qalib çıxmasını istəyirəm. Gələcəyini düşünən türk qardaşlarımızın əsl lideri seçəcəyinə əminəm.

Gülayə Mecidova: Türkiyə ilə yanaşı, Azərbaycan da bu il mayın 14- Türkiyədə keçiriləcək prezident seçkilərini həyəcanla gözləyir. Seçkilərdə prezidentliyə 4 namizədin adı açıqlanıb. Şübhəsiz ki, bu seçkilərin qalibi ölkəsinin haqq səsini dünyaya duyduran, siyasi-iqtisadi problemlərini sülh yolu ilə həll edən Prezident Rəcəb Tayyib Ərdoğandır. Türk xalqı öz liderini 2014- ildə seçmişdi. Türkiyə Respublikasının sürətli inkişafında, dünyaya inteqrasiyasında münasibətlərin genişlənməsində Ərdoğanın rolu böyükdür. Türkiyə Prezidenti Rusiya-Ukrayna müharibəsinin dinc yolla həll edilməsini dəstəkləyir müharibənin uzun müddət davam etməsini istəyən "hegemon" dövlətlərə bunun xoşagəlməz nəticələrinin olduğunu bildirir. Rəcəb Tayyib Ərdoğan Türk xalqının əvəzsiz hökumət başçısıdır. Adını tarixə yazdıran liderin prezident seçkilərində yüksək səslə yenidən seçiləcəyinə əminik.

 

Nahid Bağırzadə: İstər Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında mühüm rol oynayan, istərsə öz ölkəsini dünyada söz sahibi edən Rəcəb Tayyib Ərdoğanı önümüzdəki ay keçiriləcək prezident seçkilərində dəstəkləyirəm. O, nəinki Türkiyənin, bütün türk dünyasının ümid yeridir. Prezident Rəcəb Tayyib Ərdoğanın "Bir millət, iki dövlət" olan Türkiyə-Azərbaycan qardaşlığını əbədi davam etdirəcəyinə, xalqlarımızın xoş günlərdə , çətin vaxtlarda da bir-birinin yanında olacağına inamım sonsuzdur.

"Respublika".