Azərbaycan şahmatçıları dövlət qayğısı ilə əhatə olunub
İdman

Azərbaycan şahmatçıları dövlət qayğısı ilə əhatə olunub

İdman nailiyyətləri arasında şahmatçıların uğurlarını xüsusi qeyd etmək istərdim. Çünki bu, onu göstərir ki, bizim gənclərimiz nəinki fiziki cəhətdən güclüdür, eyni zamanda, onların intellektual potensialı da çox yüksəkdir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Azərbaycanda şahmatın da qədim ənənəsi var desək, heç yanılmarıq. Hələ qədim orta əsrlər dövründən geniş yayılan buzəka oyunuzəngin tarixi ənənələri ilə xalqımızın mədəniyyətində özünəməxsus yer tutur.

Zaman-zaman Azərbaycanın görkəmli mütəfəkkirləri dahiləri bu idman növünə xüsusi diqqətlə yanaşıblar. Təsadüfi deyil ki, görkəmli mütəfəkkirlərimizdən olan yazıçı-dramaturq Mirzə Fətəli Axundzadə oğluna yazdığı məktubunda şahmatın sirlərinə yiyələnməyi tövsiyə etmişdi.

Azərbaycan şahmat ənənəsi tarixinin ikinci mərhələsi XX əsrin əvvəllərindən başlamışdır. 1920-ci ildə Azərbaycanda şahmata nəzarət edən rəsmi qurum - Azərbaycan Şahmat Federasiyası (AŞF) yaradıldı. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə 1992-ci ildə AŞF, Beynəlxalq Şahmat Federasiyasına (FİDE) üzv olmuşdur. Azərbaycanda şahmat üzrə ilk turnir 1926- ildəBakı çempionatıadı ilə keçirilib. 1934- ildə isə ilk dəfə şahmat idman növü üzrə Azərbaycan çempionatı təşkil olunub. İstedadlı şahmatçı S.Xəlilbəyli 50-ci illərin sonundaSSRİ idman ustasıadına layiq görülmüş ilk azərbaycanlı şahmatçı kimi tarixə düşüb.

Azərbaycanda şahmat ənənələri həmişə güclü olub. Ötən əsrin 70-ci illərindən başlayaraq şahmatın inkişafına xüsusi qayğı göstərilib. Həmin illərdə SSRİ tərkibində olmasına baxmayaraq, Azərbaycana rəhbərlik edən ümummilli liderimiz Heydər Əliyev tərəfindən şahmatın bütün ölkə boyu dərindən öyrənilməsi yayılması üçün 60-a yaxın uşaq-gənclər şahmat məktəbi klubları açıldı, şahmata maraq kütləvi xarakter aldı Azərbaycanın qazandığı nailiyyətlər həmin illərdə ən yüksək nöqtəyə çatdı. Bu isə şahmatın inkişafına daha da böyük təkan verdi.

Vurğulamaq lazımdır ki, həmin illərdə Azərbaycan şahmat məktəbi dünyada məşhur olan bir çox görkəmli nümayəndələr yetişdirib. SSRİ miqyasında beynəlxalq turnirlərdə bir-birinin ardınca qələbələr qazanan Fikrət Sideifzadə, Elmar Məhərrəmov, Aynur Sofiyeva, Firuzə Vəlixanlı, İlahə Qədimova da Azərbaycan şahmat məktəbinin yetirmələridir. Onu da qeyd edək ki, Bakıda anadan olan böyüyən, şahmat üzrə beynəlxalq dərəcəli qrossmeyster Harri Kasparov da onu yetişdirən məktəbə dünyaya gəldiyi torpağa qarşı sonralar göstərdiyi dönüklüyə baxmayaraq, tərcümeyi-halınınBakı səhifələrini bütün ömrü boyu çiyinlərində daşımağa məhkumdur.

Müstəqilliyini bərpa edən Azərbaycan şahmat ənənəsinin inkişafına daha uğurla başladı. Həmin illərdə ölkəmiz strateji zəkanı əks etdirən bu qədim Şərq oyununun inkişafının geniş vüsət aldığı, dünyada öz məktəb nümunəsini yaradan bir coğrafi məkana çevrildi.

Şahmat sahəsində əldə edilən nailiyyətlər, dünya Avropa çempionatlarında, beynəlxalq turnirlərdə qazanılan qələbələr respublikamızda şahmata göstərilən marağı daha da artırıb. Hazırda respublikada fəaliyyət göstərən 70-ə yaxın uşaq-gənclər şahmat məktəblərində 40 mindən çox uşaq yeniyetmə məşğul olur.

Təbii ki, dövlət tərəfindən göstərilən yüksək qayğı Azərbaycan şahmatçılarının beynəlxalq yarışlarda yeni qələbələr qazanmalarına zəmin yaradır. Dövlət müstəqilliyimiz yenidən bərpa edildikdən sonra keçən müddət ərzində müxtəlif beynəlxalq yarışlarda, dünya Avropa çempionatlarında ölkəmizi layiqincə təmsil edən Azərbaycan şahmatçıları yüksək nəticələr əldə ediblər. Belə ki, 90-dan çox medal, o cümlədən 40-a yaxın qızıl medal qazanılıb. Hazırda Azərbaycanda 25 beynəlxalq qrossmeyster, 16 beynəlxalq usta, 20 FİDE ustası, 16 FİDE hakimi 15 beynəlxalq hakim var.

Azərbaycan FİDE-nin üzvü olan 180-ə yaxın ölkə arasında şahmatın inkişaf etdirilməsi üzrə xüsusi Dövlət Proqramı qəbul etmiş yeganə dövlət sayılır. Şahmatçılarımızın uğurları şahmat sahəsindəki mövcud potensial onun gələcək inkişaf perspektivlərinin təmin edilməsi istiqamətində konkret tədbirlərin görülməsi, ölkədə şahmatın daha da inkişaf etdirilməsi beynəlxalq yarışlarda yeni nailiyyətlərin qazanılmasını təmin etmək məqsədi ilə “2009-2014- illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramıhəyata keçirildi. Bu proqramın əsas məqsədi şahmat sahəsində sistemli dövlət siyasətinin yürüdülməsi, ölkədə şahmatın onun infrastrukturunun daha da inkişaf etdirilməsi, beynəlxalq səviyyəli şahmatçıların, məşqçilərin, hakimlərin digər mütəxəssislərinin hazırlanmasını təmin etməklə ölkənin beynəlxalq miqyasda rolunun artırılmasından ibarət idi. Bu da bütün sahələrdə olduğu kimi, xalqın intellektual səviyyəsini nümayiş etdirən idman növünün şahmat ənənəsinə verilən önəm, diqqət qayğının təcəssümü olaraq Azərbaycana beynəlxalq miqyasda etimadın artması kimi qiymətləndirilə bilər.

Onu da qeyd edək ki, FİDE-nin 2019-cu il oktyabr ayı üçün açıqladığı reytinq siyahısının ilk onluğuna Azərbaycan da daxildir artıq bu hal ənənəyə çevrilir. Bu reytinq siyahısında Şəhriyar Məmmədyarov 2767 xalla 7-ci, Teymur Rəcəbov 2758 xalla 15-ci, Qədir Hüseynov isə 2660 xalla 86- pillədədirlər. Qadınlar arasında isə Günay Məmmədzadə 2427 xalla 38-ci, Gülnar Məmmədova 2369 xalla 97-ci, Xanım Balacayeva Ülviyyə Fətəliyeva isə hərəyə 2368 xalla 98-99-cu pillələrdə qərarlaşıb. 2019-cu il oktyabr ayında Khanty-Mansiyskdə Beynəlxalq Şahmat Federasiyasının təşkil etdiyi Dünya Şahmat Kubokunun final oyununda kuboku qazanan Teymur Rəcəbovun qələbəsi Azərbaycan şahmat məktəbinin inkişafının dünya müstəvisində növbəti parlaq səhifəsidir. Bu qələbə yarım əsrdir davam edən uğur salnaməsinin davamıdır.

Teymur Rəcəbov Dünya Kubokunun iştirakçıları arasında ən güclü olması ilə Azərbaycan şahmat məktəbinin tarixi fərqli dövrlərində formalaşan ənənəvi zəfərin məkanı olduğunu sübut etdi.

2019-cu ildə Azərbaycan dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibətilə sentyabrın 20- onuncuBaku Open 2019” beynəlxalq şahmat festivalı keçirilib.

Müasir dövrdə Azərbaycan dünya şahmatına Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Vüqar Həşimov Emil Sutocskiy kimi nəhəng zəka sahiblərini bəxş edib. Onu da qeyd edək ki, müstəqil Azərbaycan Respublikasının ilk kişi qrossmeysteri Elmar Məhərrəmovun peşəkarlığına, yüksək istedadına macarıstanlı beynəlxalq usta Tibor KaroyininArxa plandakı dahi” (Genius in the Bckground) adlı kitabının doqquzuncu fəslində geniş yer verilib. Həmin fəsil bütövlükdə Elmara həsr olunub.

2007-ci ildə Krit adasında təşkil olunan Avropa çempionatında bürünc medal qazanan Azərbaycan şahmatçıları, Serbiyanın Novi Sad şəhərində keçirilən 2009-cu il Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 2013- ildə isə Polşanın paytaxtı Varşava şəhərində təşkil olunan qitə birinciliyində Azərbaycan komandası növbəti dəfə ən güclü komanda adına layiq görülüb. 2012 2014- illərdə isə kişilərdən ibarətSOCAR-Azərbaycanklubu Avropa çempionatlarında 2 dəfə qalib adını qazanıb. Əlbəttə ki, ənənəvi debütlərin sırası genişdir, bu zəfərin sırasında sonuncu qalibiyyət sadalananlar qədər ruhlandırıcıdır. Belə ki, 4 oktyabr 2019-cu il tarixində Xanti-Mansiskdə Beynəlxalq Şahmat Federasiyasınınn təşkil etdiyi Dünya Şahmat Kubokunun final matçının 5-ci oyununda Azərbaycan komandası qələbə qazanaraq kuboku əldə etdi.

Azərbaycan bu idman növündə mötəbər yarışların təşkilində yaxından iştirak edib. 2002-ci ildə Bakıda gənclər arasında Avropa çempionatı, bir il sonra isə Naxçıvanda dünya çempionatı keçirilib. 2005-ci ildə Şəkidə, iki il sonra isə Bakıda dünyanın güclü qadın şahmatçılarının iştirakı ilə beynəlxalq turnirlər təşkil olunub. 2008-ci ildə Beynəlxalq Şahmat Federasiyası Qran-Pri turnirlər silsiləsinin ilk mərhələsini Bakıya həvalə edib.

Ümummilli liderimiz tərəfindən təməli qoyulan idman siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının təbirincə desək, idmana qoyulan vəsait insanların sağlamlığına qoyulan vəsaitdir. Təsadüfi deyil ki, şahmat deyilən zəka oyununun daha da inkişaf etdirilməsi nəzərə alınaraq 2016-ci il sentyabrın 1-dən 14- kimi 42-ci Şahmat Olimpiadası Bakıda keçirilmiş Azərbaycanda təşkil olunan ən böyük idman hadisəsi olmuşdur. Bununla ilk dəfə olaraq Azərbaycan Şahmat Olimpiadasına ev sahibliyi etdi. Azərbaycan daha əvvəl isəŞahmat üzrə Dünya Kuboku-2015” kimi bir çox turnirlərə ev sahibliyi etmişdir, lakin 2016- il Şahmat Olimpiadası daha mühüm hadisə olub Bakını bu idman üzrə dünya paytaxtı zirvəsinə qaldırdı.

Daha əvvəl isə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş illik Şəmkir Beynəlxalq Şahmat Turniri keçirilib.

Oyunlarda kişi qadın olmaqla 1.587 oyunçu içtirak etmişdir. Open bölməsində 175 ölkədən 180 komanda, qadınlar bölməsində 138 ölkədən 142 komanda iştirak etmişdi. Oyunçular Bakıda Crystal Hall-da qələbə uğrunda mübarizə aparırdılar. 42-ci Şahmat Olimpiadasının rəsmi bağlanış mərasimi isə Milli Gimnastika Arenasında keçirildi. Bu mərasimdə çıxış edən FİDE-nin prezidenti Kirsan İlyumzinov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə şahmat oyunlarına verdiyi dəstəyə görə öz minnətdarlığını bildirdi Azərbaycanı nüfuzlu beynəlxalq yarışların yüksək səviyyəli təşkilatçısı olaraq gördüyünü dedi. Bütün tədbir iştirakçıları Azərbaycandan xoş təəssüratlarla ayrıldılar.

İdman sağlamlıqdır. O, sadəcə bir maraq, həvəs deyil, strateji cəhətdən əhəmiyyətlidir. Biz hər bir idmançımızın uğuruna sevinirik, çünki dünya səviyyəsində qazanılan hər bir qələbə həm Azərbaycanın dünyada tanıdılmasına xidmət edir. Qalib idmançılarımızın şərəfinə üçrəngli bayrağımız yüksəyə qaldırılanda, Azərbaycan Respublikasının Dövlət himni səsləndiriləndə hər bir vətəndaşımızın qəlbi fərəhlə döyünür. Beynəlxalq səviyyəli idman yarışlarında erməni idmançıları ilə mübarizə həmişə böyük maraqla izlənilir. Güləşçi Elnur Məmmədovun erməni rəqibi üzərində qələbə anını göz önünə gətirin bir anlığa. Həmin görüşü izləyən ölkə başçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin yaşadığı sevincli məqamlarını da heç kəs unutmayıb...

İnanırıq ki, dövlətimizin qayğı dəstəyi ilə əhatə olunan idmançılarımız onlara göstərilən etimadı hər zaman doğruldacaq, yeni-yeni qələbələrlə xalqımızı sevindirəcəklər. İndiyədək Bakıda, digər şəhərlərdə keçirilən ən mötəbər idman yarışlarının ünvanı bir qədər dəyişəcək, bu yarışlara işğaldan azad edilmiş şəhərlərimiz ev sahibliyi edəcək. Dünyanın ən geniş yayılanzəka oyununun təmsilçiləri olan şahmatçılarımız isə öz uğurları ilə elə dünyanın özünü mat qoyacaqlar.

Nurəngiz ADİLQIZI,

Respublika”.