Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 14-cü iclası keçirilib
Siyasət

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 14-cü iclası keçirilib

Aprelin 18- Azərbaycan Respublikası Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun rəhbərliyi ilə Şuranın 14- iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda cari il martın 2- Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş minatəmizləmə fəaliyyətinin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi BMT-nin 2030 Gündəliyinə əlavə edilməsi təşəbbüsü ilə bağlı hazırlanmış layihə müzakirə olunub.

İclasda çıxış edən Şuranın sədri Əli Əhmədov ötən dövrdə ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində görülmüş işlər barədə məlumat verib. Şura sədri Dayanıqlı İnkişaf Məqsədləri minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqənin mövcud olduğunu, mina təhlükəsi ilə mübarizənin BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədinin 12-si ilə birbaşa, digər 5 məqsədlə dolayısı ilə uzlaşdığını bildirib. Əli Əhmədov Azərbaycanın mina digər partlayıcı sursatlardan ən çox çirklənmiş ölkələrdən biri olduğunu, ilkin tədqiqatlara əsasən, ölkəmizin ərazisinin 8235 kvadratkilometrdən çox hissəsinin mina digər partlayıcı sursatlarla çirkləndiyini diqqətə çatdırıb. Ölkəmizin üzləşdiyi bu problemdən bu gün dünyanın 60-dan artıq ölkəsinin əziyyət çəkdiyi nəzərə alınaraq, bu istiqamətdə həm yerli səviyyədə, həm qlobal miqyasda təşviqat işlərinin aparılmasının vacibliyi vurğulanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə üzrə həyata keçirilmiş fəaliyyətlər qarşıdakı hədəflər barədə məlumat verib. Agentliyin rəhbəri bu istiqamətdə fəaliyyətin səmərəliliyinin təşkil olunması məqsədilə ANAMA-nın kadr texnoloji potensialının dörd dəfədən çox artırıldığını qeyd edib.

Sonra İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf sosial siyasət şöbəsinin müdiri, Şuranın katibi Hüseyn Hüseynov tərəfindən Milliləşdirilmiş "Dayanıqlı İnkişaf Məqsədləri" (DİM) əlavə edilməsi nəzərdə tutulan 18-ci DİM (minatəmizləmə ilə bağlı fəaliyyətlər) layihəsinin təqdimatı" edilib. O, həmin tapşırığın icrası məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən 5 hədəf 14 göstəricidən ibarət milli 18-ci DİM layihəsinin hazırlandığını, habelə 2023- il üzrə DİM-lərin maarifləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər üzrə Fəaliyyət Planına Minatəmizləmə ilə bağlı fəaliyyətləri özündə ehtiva edən 18-ci Dayanıqlı İnkişaf Məqsədinin milli qlobal səviyyədə təşviqi ilə bağlı iki tədbirin daxil edildiyini bildirib.

İclasın yekununda Milliləşdirilmiş Dayanıqlı İnkişaf Məqsədlərinə əlavə edilməsi nəzərdə tutulan 18-ci DİM layihəsi müzakirə edilib. Layihə üzrə müəyyənləşdirilmiş 14 göstəricinin metodologiyasının hazırlanması göstəricilərinin hesablanması, o cümlədən ölkədaxili qlobal səviyyədə təşviqatın aparılması ilə bağlı müvafiq tapşırıqlar verilib.