Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında
Siyasət

Dünyanın görkəmli siyasətçiləri və dövlət xadimləri Heydər Əliyev haqqında

ÜMUMMİLLİ LİDER — 100

Xalqımız XX əsrin əvvəlindən indiyədək çox şərəfli bir yol keçmişdir. Bu yol da ondan ibarətdir ki, xalqımızın mədəni, təhsil səviyyəsi artmış, mədəniyyətimiz yüksəlmiş, elmimiz, böyük iqtisadi potensialımız yaranmışdır. Xalqımızın həyat tərzində, dünyagörüşündə böyük dəyişikliklər əmələ gəlmiş, böyük bir siyasi-ictimai proses başlamışdır. Bunlar hamısı keçdiyimiz dövrün, onun mərhələlərinin bəhrəsi, nəticəsidir.

 

Beynəlxalq aləmdə tanınmış siyasətçi, Çin Xalq Respublikasına dostluq münasibəti bəsləyən, Çin xalqının qədim dostu olan cənab Heydər Əliyev Çin-Azərbaycan dostluq münasibətlərinin inkişafında böyük rol oynamışdır.

Xu Szintao,

Çin Xalq Respublikasının sabiq sədri.

 

Prezident Heydər Əliyev zəmanəmizin görkəmli dövlət xadimidir və onun həyat və fəaliyyəti ilə yaxından tanışam. Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu və islahatların müvəffəqiyyətlə aparılması sahəsində görülən işlər Yaponiya hökuməti və ictimaiyyəti tərəfindən maraqla qarşılanır.

Ryutaro Haşimito,

Yaponiyanın sabiq Baş naziri.

 

Biz inamla deyə bilərik ki, Almaniya ilə Azərbaycan arasında, xüsusən iqtisadi sahədə olan dostluq münasibətləri son illərdə  dərinləşmişdir. Bu işdə Heydər Əliyevin səylərinin böyük rolu olmuşdur. Eyni zamanda, ölkəsinə çətin bir şəraitdə rəhbərlik edərək, onu azadlıq və siyasi-iqtisadi inkişaf yolu ilə aparır. Bu, dünya dövlətləri arasında Azərbaycana etimadın artmasına səbəb olmuşdur.

Helmut Kol,

Almaniyanın sabiq federal kansleri.

 

Hörmətli siyasətçi və dövlət xadimi kimi Heydər Əliyevin adı və nüfuzu Azərbaycan Respublikasının beynəlxalq birlikdə qazandığı layiqli yerlə qırılmaz surətdə bağlı olacaqdır.

Biz müasir beynəlxalq gerçəklik şəraitində Bolqarıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə Heydər Əliyevin böyük şəxsi töhfəsini yüksək qiymətləndiririk.

Georgi Pırvanov,

Bolqarıstan Respublikasının sabiq prezidenti.

 

 

Keçmiş Sovetlər İttifaqına daxil olmuş respublikalar arasında dövlət çevrilişi cəhdlərinin qarşısını almaq üçün ən yaxşı mexanizm Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda yaradılmışdır. Mən fikirləşirəm ki, dövlət çevrilişinə cəhd etmək istəyənlər gərək başa düşsünlər ki, onsuz da uğursuzluğa düçar olacaqlar… Heydər Əliyevin çox müdrik təşkilatçılıq qabiliyyəti var, ona görə də indi ölkədə hər şey maşın mexanizmi kimi işləyir.

Bənəzir Bhutto,

Pakistanın sabiq Baş naziri.

 

Azərbaycan Prezidentinin Qafqazda atdığı addımları Birləşmiş Ştatlarda diqqətlə izləyirlər. Azərbaycan çox mürəkkəb coğrafi məkanda yerləşən dövlətdir. ABŞ və Qərb ölkələri ilə əlaqələri inkişaf etdirməyi, bazar iqtisadiyyatının və demokratiyanın bərqərar olması üçün əzmlə çalışmağı qarşısına məqsəd qoyan Prezident Heydər Əliyevin fəaliyyəti təqdirəlayiqdir. Heydər Əliyev müstəqilliyi qoruyub saxlamaq uğrunda əzmlə, qətiyyətlə mübarizə aparır.

Henri Kisincer,

Amerika Birləşmiş Ştatlarının sabiq dövlət katibi.

 

Azərbaycanda hökm sürmüş qarmaqarışıqlıqdan, toqquşmalardan, müharibədən sonra burada baş vermiş dəyişikliklər, yenidənqurma işləri ancaq Heydər Əliyev kimi çox müdrik, səbirli, cəsur insanın rəhbərliyi sayəsində mümkün olmuşdur. Bu dəyişikliklər göz qabağındadır, onlara Azərbaycan iqtisadiyyatının inkişafına dair göstəricilər də sübutdur.

Petru Luçinski,

Moldova Respublikasının sabiq prezidenti.

 

Heydər Əliyev bir çox çətin məsələləri həll etməyə və qarşıya qoyulan məqsədlərə nail olmağa qadir insan idi. Bu insanın xalqlarımız üçün nə qədər yaxşı işlər gördüyünü sadalamaq və qiymətləndirmək çətindir. O, siravi vətəndaşların hər hansı xahişlərinə həmişə diqqətlə yanaşardı.

Nikolay Baybakov,

Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin

sabiq sədri.