YAP Mərkəzi Aparatında Lütvəli Şıxəliyevin 70 illik yubileyi münasibətilə görüş
CƏMİYYƏT

YAP Mərkəzi Aparatında Lütvəli Şıxəliyevin 70 illik yubileyi münasibətilə görüş

İyunun 6-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyevin 70 illik yubileyi münasibətilə görüş keçirilib.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yubilyarı doğum günü münasibətilə təbrik edib.

Tahir Budaqov qeyd edib ki, uzun illər partiya sıralarında səmərəli fəaliyyət göstərən Lütvəli Şıxəliyev ölkənin ictimai-siyasi həyatında fəal mövqeyi ilə seçilib.

1993-cü ildən YAP sıralarında təmsil olunan L.Şıxəliyevin partiya quruculuğunda yaxından iştirak etdiyini söyləyən Tahir Budaqov onun Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri kimi 25 ildən artıq fəaliyyəti dövründə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini diqqətə çatdırıb.

Göstərilən diqqətə görə təşəkkürünü bildirən Lütvəli Şıxəliyev Yeni Azərbaycan Partiyasının üzvü olmaqdan və uzun illər partiya sıralarında çalışmaqdan iftixar hissi keçirdiyini bildirib. Heydər Əliyev ideyalarına daim sadiq olduğunu qeyd edən L.Şıxəliyev bundan sonra da Ulu Öndərin siyasi irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği yolunda öz bilik, bacarıq və səylərini əsirgəməyəcəyini vurğulayıb.

YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov L.Şıxəliyevə cansağlığı və işlərində uğurlar arzu edib.

X.NİZAMİOĞLU,

“Respublika”.